Dünyanın 24 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Hazırda dünyanın 24 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur.

Agsaqqallar.com AZƏRTAC-a istiadən  xəbər verir ki, bu barədə məlumat Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2022-ci ilin yekunlarına dair hesabatında yer alıb.

Hesabatda bildirilib ki, BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 24 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çex Respublikası, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2022-ci il ərzində 11 xarici ölkə universitetində (Ural Federal Universiteti – Rusiya, Müqəddəs Kliment Orxidski adına Sofiya Universiteti – Bolqarıstan, Aleksandr İoan Kuza Universiteti – Rumıniya, Taras Şevçenko adına Kiyev Milli Universiteti – Ukrayna, Şri Şri Universiteti – Hindistan, Hokkaydo Universiteti – Yaponiya, Gadjah Mada Universiteti – İndoneziya, Pekin Xarici dillər Universiteti – Çin, Paraiba Federal Universiteti – Braziliya, Vroçlav Universiteti – Polşa, Erciyəs Universiteti – Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR