Türkiyənin Sakarya yatağındakı qaz ehtiyatlarının həcmi açıqlandı
Qara dənizdə ehtiyatları 58 milyard kubmetr olan yeni təbii qaz yatağının işlənməsində 50-dən çox gəmi iştirak edir.
Trend xəbər verir ki, bu barədə TRT telekanalının efirində Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
O qeyd edib ki, Türkiyənin ərazi sularında kəşf edilmiş ümumi yanacaq ehtiyatları 710 milyard kubmetrə çatıb.
“Qara dənizdə aparılan tədqiqat işləri nəticəsində kəşf edilmiş qaz ehtiyatlarımız 710 milyard kubmetrə çatıb. Dənizin dibində texnoloji işlər davam edir və üç mərhələdən ibarətdir. Onlara 50-dən çox gəmi cəlb olunub”, – deyə F.Dönməz bildirib.
Onun sözlərinə görə, Çayçuma-1 quyusunun ərazisində iki aylıq qazma işləri nəticəsində yeni qaz ehtiyatları aşkar edilib. Yatağa Çayçuma-2 adı verilib
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən bazar ertəsi Qara dənizdə 3 km-dən çox dərinlikdə yeni yatağın kəşf edildiyini açıqlayıb. O qeyd edib ki, Qara dəniz yataqlarında ümumi qaz ehtiyatları 1 trilyon dollar həcmində qiymətləndirilir.