Nyu-Yorkdakı soydaşlarımız BMT önündə etiraz aksiyası keçirib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı fəalların BMT-nin mənzil-qərargahı önündə dinc etiraz aksiyası keçirilib.
Agsaqqallar.com xəbər verir ki, Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə baş tutan aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəkı faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına etiraz səsini ucaltmaq, Şuşa-Xankəndi yolunda etiraz edən azərbaycanlı ekofəalları, vətəndaş cəmiyyətinin təmsilçilərini və könüllüləri dəstəkləmək məqsədilə gerçəkləşdirilib.

Hazırda ABŞ-da hava şəraitinin soyuq olmasına və fırtına xəbərdarlığına baxmayaraq, bir qrup həmvətənimiz aksiyaya qatılaraq BMT-dən Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bəşəri cinayətə beynəlxalq hüquq çərçivəsində cavab verilməsini, bölgəyə ekspertlərin göndərilməsini və yataqlarda monitorinq keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları üzərində “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ekoloji cinayətə son!”, “Azərbaycanın ətraf mühütinə qarşı cinayətlərə son qoyun!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik!”, “Bəşəri cinayət!”, “Ətraf mühitə aradan qaldırılması mümkün olmayan zərərlər vurmağı dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər.

Münəvvər Vahabova BMT-yə müraciətində bildirib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın tarixi-hüquqi torpaqlarında faydalı qazıntı yataqlarını qeyri-qanuni olaraq istismar etməsi cinayətdir. Bu, yalnız Azərbaycanın deyil, dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə vurulan ən böyük zərbədir.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoterror barədə ətraflı məlumat verilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR