" />

TAİB-in Qadınlar Şurasının üzvü, tanınmış mədəniyyət işçisi Əminə Rəhimova: ” TAİB-in uğurları hamımızı sevindirir- Ankara səfəri çox şey deyir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Qadınlar Şurasının üzvü, tanınmış mədəniyyət işçisi Əminə Rəhimova: ” TAİB-in uğurları hamımızı sevindirir- Ankara səfəri çox şey deyir”

“Türk Ağsaqqallar Birliyi bu gün ən aktiv vətəndaş cəmiyyətidir. TAİB ailəsinin üzvü olaraq bütün uğurlarımızdan qürur duyuram. Çünki bu təşkilatın bünövrəsi sevgi, məsuliyyət və böyük həvəslə qoyulub”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in üzvü, tanınmış jurnalist, mədəniyyət işçisi, ictimai fəal Əminə Rəhimova deyib. O, bildirib ki, təşkilat rəhbərliyinin atdığı bütün addımlar dövlətə dəstəyə, milli irsin qorunmasına, türk dünyasının nüfuzlu ağsaqqalları arasında əlaqələrin inkişafına, onları bir araya toplayaraq, vahid platformada türk birliyinin inkişafına hesablanıb.

“Təşkilatın türkdilli ölkələrdə nümayəndəliklərin açılması yönündə aparılan müzakirələrin yekunu kimi ilk nümayəndəliyin qardaş Türkiyədə açılması iki qardaş ölkənin dostluq-qardaşlığının sarsılmazlığının bariz nümunəsidir. Hazırda nümayəndə heyətimizin Ankaradakı məhsuldar görüşlərini qürurla izləyirik. Türk dünyasının iki nüfuzlu şəxsiyyətinin, sədrimiz akademik Sudeif İmamverdiyev və həmsədrimiz, tanınmış diplomat Hulusi Kılıçın bərabər atdıqları addımlar, bütün türk dünyası üçün önəmli olacaqdır.TAİB-in Ankaradakı ilk nümayəndəliyinin açılması yönündəki görüşlər, başqa türkdilli ölkələrdə açılacaq nümayəndəliklər barədə müzakirələr bu təşkilatın türk dünyası ağsaqqalları, aydınlarının vahid platforması olacağına inamı daha da gücləndirir. Bütün heyətə uğurlar diləyir, yeni nümayəndəliyimiz xeyirli-uğurlu olsun deyirəm”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR