TAİB-in Qadınlar Şurasının üzvü, fəlsəfə doktoru Xuraman Hümmətova: “TAİB nümunəvi və ölkə hüdudlarından kənarda tanınan bir təşkilatdır”
TAİB-in QŞ üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Xuraman Hümmətova: “TAİB nümunəvi və ölkə hüdudlarından kənarda tanınan bir təşkilatdır”
“Türkdilli məkanlarda türk dünyasının milli irsi təntənə ilə qeyd olunur. Azərbaycanda Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına sadiq qalan Azərbaycan dövləti də bu ənənəni davam etdirməkdədir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Qadınlar Şurasının üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Xuraman Hümmətova deyib. O, bildirib ki, Türk Ağsaqqalları Birliyi də vətəndaş cəmiyyəti olaraq bu missiyaya sadiqdir.
“TAİB bu yaxınlarda türk dünyasının böyük oğlu, müqəddəs övliyası Yunus Əmrəylə bağlı Qax rayonunda böyük konfransla çıxış etdi. Müasir dövrümüzdə insanların təlatümlərlə dolu bir dönəmdə yaşamasımı, baş verən acınacaqlı hadisələrin onları bir-birindən uzaqlaşdırmasını sanki XIII əsrdən görən Yunus əsərlərində onları birliyə, barışa səsləyərək, türk birliyinin güclənməsinin vacibliyini göstərmişdir. Üzv olduğum təşkilatın belə bir təşəbbüslə çıxışı təqdirəlayiqdir. Mən istərdim ki, belə konfranslar ənənəvi xarakter daşısın. Təsəvvüf məqamlarını keçən, bədənini ruhuna, əqlinə, könlünə tabe etməyi bacaran kamil insanları, övliyaları örnək göstərməyin, unutmamağın, təblig etməyin gənc nəslin formalaşmasında özünəməxsus rolu var.
TAİB sosial şəbəkələrdə aktiv olduğu kimi, sayt və qəzetilə də nümunədir. Bütün türk dünyasına ayaq açan qəzetimizdə hər bir türk müəllifinə yer vardır”-deyə TAİB üzvü qeyd edib.
TAİB-in Azərbaycan məkanında və onun hüdudlarından kənarda tanınan bir təşkilat olmasını vurğulayan X. Hümmətova təşkilatın ümumtürk konteksində təşkilatın daha çox uğurlu layihələr həyata keçirəcəyinin nəzərdə tutulduğunu vurğulayıb.