TAİB-in GT üzvü Aqil Musayev: ”Dünyaya özünü “İslamın hamisi” kimi sırımağa çalışan “Din tacirləri”nə, “İran keşişləri”nə inanmaq olmaz”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Tarix boyu başı bəlalar çəkmiş vətənimizə hərə bir tərəfdən dişlərini qıcayıb. Qərbdən ağzının suyunu axıdanlara qoşulub, cənubdan da eyni nəfslə baxanlar kənardan çox gülünc görünsə də, ağızlarının payını almalıdırlar. Alırlar da… Özü də ən yüksək səviyyədə Prezident İlham Əliyevin sərrast zərbələri ilə! Başqalarına it hürər, bizə Mazandaran çaqqalı. Qulaqlarının dibi əsrdə ən azı bir dəfə də olsa türk şilləsi ilə qızışmağa öyrənişli olan ermənilərə verdiyimiz dərsdən ibrət götürməyən “İran keşişləri” günaşırı zayıllamaqla çürük molla rejimlərini də qaranlıq dalana dirəyirlər”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının üzvü, gənc jurnalist Aqil Musayev deyib.
O, qeyd edib ki, düşməni tək bir yerdə yox, hər yerdə axtarmaq lazımdır. Dünyaya özünü “İslamın hamisi” kimi sırımağa çalışan “Din tacirləri”nə və onların dini “Həssaslığ”ına inanmaq olmaz. Dini istismar edənlərin yanında yer almaq və onları müdafiə etmək “Xaçlı” düşüncəsindən başqa bir şey deyil.
“Bu günədək fars-molla rejimi hansı bir müsəlman ölkəsinin yanında dayanıb, onun haqqını, hüququnu müdafiə edib? Əlbəttə, biz müsəlmanıq. Dinimiz İslamdır. Özümüz öz dinimizi, inanclarımızı müdafiə etmək əzmində və niyyətindəyik. Başına sarıq, əyninə əba geyinmək din demək deyil. Müsəlman gərək əməllərində İslamın fundamental dəyərlərini mənimsəsin və nümayiş etdirsin. İndiki zamanda İrandakı azərbaycanlılarla, Azərbaycandakı “İranbaş”lılar arasında əslində dərin bir uçurum yoxdur. Sadəcə burada aldanılmış və yaxud aldanmış bir qrup azlıqdan söhbət gedir. Əgər bu insanların həssaslığı dinlə bağlıdırsa, onda “İnandıqları”nın etdiyi dini dəyərlərlə bir araya sığmır. Onların etdikləri milli kimliyimizə qarşıdırsa, onda milli düşüncəyə və məfkurəyə qayıtmaları elə özlərinin dini inanclarına da ən böyük xidmət olacaq”- deyə TAİB-in gənc üzvü bildirib.
Prezident İlham Əliyevin Azərbaycanın türk dünyasının bir parçası olmasını və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını ifadə etməsindən danışan Aqil Musayev Prezidentin çıxışından bəzi sitatlar gətirib. O, ölkə başçısının dünyaya verdiyi, “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” mesajının dünya azərbaycanlılarının ümidlərinin alovlandırdığını bildirib.

“Artıq İran səbrimizin bütün hədlərini və sərhədlərini aşır. Tarix boyu səbri ilə sınağa çəkilən xalqımızın səbrinin tükəndiyi an nələrin olduğunu gərək İranın elə özü yaxşı bilsin. 44 gün ərzində Azərbaycan əsgərinin Qarabağ dağlarında göstərdiyi möhtəşəm performansı… Bunu Arazın o tayından məyusluqla izləyən mollalar yəqin düşünürlər ki, qorxuya qalib gəlməyin ən yaxşı yolu, elə qorxunun üstünə getməkdir. Odla oynayanlar unutmasınlar ki, biz Odlar ölkəsiyik. Yanan onlar olacaq!”-deyə A. Musayev vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR