TAİB-in sədr müavini Elnur Eltürk Amerikanın Yuta Universitetinin professoru Hakan Yavuzla görüşüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədr müavini Elnur Eltürk Amerikanın Yuta Universitetinin professoru, tanınmış siyasi analitik Hakan Yavuzla görüşüb

TAİB-in mətbuat xidməti xəbər verir ki, dünən Diplomatik Akademiyada ABŞ-ın nüfuzlu Yuta Universitetinin professoru, siyasi-analitik Hakan Yavuzun politoloq Maykl Günterlə birgə redaktorluq və şərhçilik etdiyi ingilis dilində nəşr olunan “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” adlı siyasi düyünün anatomiyasından bəhs edən kitabının təqdimatı olub.

Təqdimatda TAİB-in Xarici Əlaqələr üzrə sədr müavini Elnur Eltürk və Xalq qəzetinin əməkdaşı Anar Turan da iştirak edib. TAİB-in sədr müavini Prof. Hakan Yavuza Azərbaycanda yaranan Türk Ağsaqqalları Birliyi haqqında məlumat verib. Professor belə bir birliyin yaranmasından məmnunluğunu bildirib.

Qeyd edək ki, Yuta Universitetinin professoru  Amerika mediasında davamlı olaraq erməni yalanlarını elmi cəhətdən ifşa edir. Onun yazdığı “Dağlıq Qarabağ münaqişəsi: Tarixi və siyasi perspektivlər” kitabı keçmiş Qarabağ münaqişəsini tarixi, siyasi və beynəlxalq hüquq cəhətdən araşdıran ilk nəşrdir.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR