“8-ci Beynəlxalq Sahibkarlıq və Sosial Elmlər Konfransı” keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Aksaray şəhərində 8-ci Beynəlxalq EMI Sahibkarlıq və Sosial Elmlər Konqresi (8th International EMI Entrepreneurship & Social Sciences Congress) keçirilib. Sahibkarlar, alimlər, doktorantlar, incəsənət xadimləri, QHT, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən konqresin məqsədi insan, sosial və mədəni kapitalın inkişaf etdirilməsi məsələlərini müzakirə etməkdir.

Beynəlxalq konqresdə 18 ölkə üzrə 129 fərqli qurum və universitetdən 337 alim məruzələrini təqdim edir.

Ölkəmizi beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı, “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov və Dosent Nəsrin Süleymanlı təmsil edirdi. Təmsilçilərimiz “Analysis of Regional Issues at the Glance of Turkish States Unionc” mövzusunda konfrans iştirakçılarına məlumat verərək iştirakçıların suallarını cavablandırdılar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR