" />

“İranın casus şəbəkəsinin ifşası hanısa faciədən qurtulmağımız deməkdir” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

İranın casus şəbəkəsinin dövlətimizə qarşı qəsd planı – DİQQƏTLİ OLAQ!

Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, “Missiya” Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün Facebook səhifəsində İranın xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı casus şəbəkəsinin ifşası ilə bağlı diqqətçəkən fikirlər paylaşıb.

Agsaqqallar.com Ramin Əhmədovun paylaşımını olduğu kimi təqdim edir:

İranın xüsusi xidmət orqanlarının Azərbaycanda yaratdığı casus şəbəkəsi ifşa edilib. Bu barədə yayılmış rəsmi məlumatlara görə, Azərbaycan vətəndaşları maddi qarşılıq müqabilində hərbi sirr xarakterli məlumatları İran tərəfinə ötürüblər. Xüsusi tapşırıq əsasında fəaliyyət göstərən bu şəbəkənin üzvlərinin qarşısına qoyulmuş vəzifələrdən biri də
Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılmasını həyata keçirmək olub.

Həm bu, həm də bundan əvvəl keçirilmiş əməliyyatlar göstərir ki, molla rejiminin Azərbaycandakı casus şəbəkəsinin üzvləri arasındakı Azərbaycan vətəndaşları, təkcə dini təmayüllü sahələrdə deyil, müxtəlif sferalarda, hətta strateji ağırlığı olan müəssisələrdə özlərinə yer edə biliblər və heç şübhəsiz ki, belə xainlərin sayı kifayət qədər çoxdur.

Əlbəttə bir satqının, vətən xaininin belə ifşası dövlətimizin təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bir nəfər belə yüzlərlə vətəndaşımıza və ölkəmizdəki sabitliyə potensial təhlükə deməkdir. Deməli, casusların ifşası hansısa məkrli planın pozulması və hansısa faciədən, ağır bəladan qurtulmağımız kimi qiymətləndirilməlidir.

Mövcud şərait vətəndaşlarımızın da üzərinə müəyyən vəzifələr qoyur. Ən əsası isə diqqətli və gözüaçıq olmaqdır. Hər birimiz ayıq-sayıqlığımızı artırmalı, üzdə “İmam övladı” kimi görünüb əslində isə ölkəmizi qara rəngə bürümək məqsədi daşıyanların “maraqlı” və “şirin” söhbətlərinin təsiri altına düşməməliyik.

Dövlətimiz var olsun!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR