Ərdoğan: “Türkiyə türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir”
“Türkiyə türkdilli dövlətlərlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu məsələdə Türk Dövlətləri Təşkilatı xüsusi rol oynayır”.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu zirvə görüşündə iştirak etmək üçün Səmərqəndə yola düşməzdən əvvəl keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, TDT-nin beynəlxalq aləmdə mövqelərini gücləndirmək üçün əlavə addımlar atılmalıdır.
R.T.Ərdoğan rəsmi Ankaranın 1992-ci ildən etibarən türk dövlətləri ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində səy göstərdiyini xatırladıb.
“Ötən il İstanbulda keçirilmiş sammitin nəticələrinə əsasən, TDT formatında əməkdaşlığın davam etdirilməsi qərara alınıb. Türkiyənin təşkilata sədrliyi dövründə biz TDT liderlərinin qəbul etdiyi bütün qərarları yerinə yetirməyə çalışmışıq. Səmərqənddə sədrlik özbəkistanlı qardaşlarımıza keçəcək”, – Türkiyə lideri bildirib.
Türkiyə Prezidenti Səmərqənddə keçiriləcək TDT sammitinin türk dövlətləri arasında qarşılıqlı fəaliyyət yolunda yeni mərhələ olacağına əminliyini ifadə edib.
Oxşar Xəbərlər
- Türk Ağsaqqalları Birliyi-TAİB sədri, akademik Sudeif İmamverdiyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb
- Prezident: Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik
- Azərbaycanda iyulun 1-dən toy və nişanlara icazə verildi