Ned Prays: “Ermənistan və Azərbaycan arasında danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar vasitəsilə danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik”.

Agsaqqallar.com Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Ned Prays həmçinin Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutan görüşə də münasibət bildirib:

“Yəni, təbii ki, biz bu görüşün iştirakçısı deyildik. Bu barədə nəsə demək bizə görə deyil. Lakin Dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən Nyu-Yorkda iki ölkənin xarici işlər naziri ilə görüşərkən vurğulayıb ki, biz Ermənistan və Azərbaycan arasında sülhə və iki ölkə arasında danışıqlara sadiqik”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR