Uyğurlar üçün Türkiyə də daxil olmaqla 19 ölkə Çinə çağırış edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə də daxil olmaqla 19 ölkə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq və uyğur türklərinin hüquqlarının qorunmasına dair çağırış edib.
 
Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, BMT-nin qərargahında uyğur türklərinin haqlarını müdafiə edənlərin və qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdiyi toplantıda Türkiyə tərəfi Çini insan haqları ilə bağlı məsələlərdə həssas olmağa çağırıb.

BMT-nin “Uyğur” hesabatında uyğur türklərinin əsas hüquq və dini azadlıqlarının ciddi şəkildə pozulduğunun, mədəni kimliklərinin təhdid altında olduğunun təsdiqləndiyini bildirən Türkiyəli diplomat, uyğur türklərinin sülh və təhlükəsizlik içində yaşaya bilmədiyinə diqqət çəkib.

Səfir Sinirlioğlu Türkiyə Uyğur türklərinin və digər müsəlman azlıqların əsas hüquq və azadlıqlarını qorumaq üçün Çinlə ikitərəfli danışıqları davam etdirəcəyini də əlavə edib.

Aqil Musa
Missiya.Az 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR