“Vətən mənim bu günüm” adlı intellektual yarış keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Gələcəyə Doğru Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə Nizami kino mərkəzində “Vətən mənim bu günüm” adlı intellektual yarış keçirilib.

Agsaqqallar.com xəbər verir ki, layihə 4 gün ərzində reallaşdırılıb və 2 seçim turu, 1 yarımfinal, 1 final mərhələsindən ibarət olub. 19-20 oktyabr tarixlərində müxtəlif ali təhsil müəssisələrindən ümumilikdə 17 komandanın iştirakı ilə seçim turları baş tutub. Yalnız 8 komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.

22 oktyabr tarixində isə 4 komanda arasında final mərhələsi baş tutub. Tədbirdə çıxış edən nümayəndələr Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətindən, o cümlədən gənclər üçün yaradılan şəraitdən, gənclərə olan xüsusi diqqət və qayğısından danışıblar, gənclərin intellektual səviyyəsinin artırılması yönündə görülən işləri iştirakçıların diqqətinə çatdırıblar.





reklam

FACEBOOK YORUMLARI

YORUMLAR