TAİB-in İdarə Heyətinin üzvləri Nizami rayon Mədəniyyət Mərkəzinin keçirdiyi 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Bakı Texniki Kollecində 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin rəsmiləri, Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri, Missiya Media Qrupunun təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlarda müstəqilliyin bərpası dövrünün özəlliklərindən, xalqın qətiyyətli mövqeyi və mübarizə ruhundan söz açılıb. Xüsusi qeyd olunub ki, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsi, onun əldə olunmasından daha çətindir.

Azərbaycanın beynəlxalq arenadakı bugünkü mövqeyi və nüfuzundan danışan məruzəçilər Prezident İlham Əliyevin sayəsində əldə etdiyimiz tarixi uğurlardan geniş şəkildə bəhs ediblər.

Tədbirin ikinci hissəsində iştirakçılara maraqlı musiqili proqramı təqdim olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR