Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsinə böyük töhvələr verəcək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Azərbaycana səfəri siyasi, iqtisadi, habelə mənəvi cəhətdən mühüm tarixi əhəmiyyət kəsb edir. Bu səfər hər iki dövlət üçün olduqca faydalıdır. Səfər zamanı qarşılıqlı iqtisadi, sosial, humanitar, logistika məsələrini əhatə edən sənədlərin imzalanması, Azərbaycan Prezidentinin Qazaxıstanın ən ali ordeni olan “Qızıl Qartal” ordeni ilə təltif edilməsi və digər məsələlər olduqca mühüm tarixi önəm daşıyır.
Tarixən strateji əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə söykənən Azərbaycan-Qazaxıstan əlaqələri son dövrlərdə cənab Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində daha yüksək müstəviyə çatıb. Strateji əməkdaşlığın dərinləşdirilməsi və müttəfiqlik çərçivəsində münasibətlərin genişləndirilməsi barədə sənəd iki ölkə arasındakı münasibətlərin bundan sonra daha yüksək səviyyədə inkişaf edəcəyini göstərir. Bütün beynəlxalq səviyyəli platformalarda siyasi, diplomatik qərarların qəbulu zamanı Qazaxıstan və Azərbaycan bir-birilərini daim dəstəkləyib
Qazaxıstan 30 il ərzində Qarabağ məsələsində ədalətli mövqe sərgiləyərək, Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləyib. Qarabağın işğaldan azad olunmuş ərazilərində fəaliyyət göstərən dövlətlər və şirkətlər sırasında Qazaxıstan da yer alır. Səfər çərçivəsində Qazaxıstan tərəfindən Füzulidə Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin tikintisini öz üzərinə götürməsi dostluq münasibətlərinin bir nümunəsidir.
Azərbaycan – Qazaxıstan mövcud əlaqələrin inkişafında iqtisadi münasibətlərin də böyük rolu var. Ticarət əlaqələrinin yüksəlməsi, mal dövriyyəsinin bir milyard dollara qədər artırılaraq inkişaf etdirilməsi, logistik əlaqələrin möhkəmləndirilməsi, istər Qazaxıstan məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması, istərsə də, uzaq şərqdən qədim ipək yolu vasitəsilə gələn və Qazaxıstandan keçən marşrutun Azərbaycan üzərindən Avropaya çatdırılmasının, eləcə də Şimal-Cənub xətti ilə Rusiyanın müxtəlif nöqtələrinə çatdırılması böyük əhəmiyyət daşıyır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri, səfər şərçivəsində imzalanmış rəsmi sənədlər İki iki dost və qardaş dövlətlər arasında münasibətlərin bundan sonra da artan sürətlə inkişaf edəcəyindən xəbər verir və bu münasibətlərin daha da inkişaf etdirilməsi türk birliyinin inkişafına və möhkəmləndirilməsinə böyük töhvələrini verəcəkdir.

Dilqəm Əlirzayev
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR