Türk Ağsaqqalları Birliyi – TAİB-in üzvləri Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyevin məzarını ziyarət ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Türk Ağsaqqalları Birliyi – #TAİB-in üzvləri 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Missiya.Az xəbər verir ki, ziyarətdə TAİB rəhbərliyi və təşkilatın nümayəndələri iştirak edib. Birliyin nümayəndələri ümummilli liderin xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Türk Ağsaqqalları Birliyinin (TAİB) Təşkilat Komitəsinin sədri, akademik Sudeif İmamverdiyev mətbuata müsahibəsində ümummilli lider Heydər Əliyevin Azərbaycanın taleyindəki xilaskarlıq missiyasından danışıb, Ulu Öndərin ölkəmizin keşməkeşli dövründə xalqımızı böyük fəlakətlərdən xilas etdiyini deyib. TAİB sədri bildirib ki, Azərbaycan xalqı Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və onun xatirəsini daim uca tutacaq.

Qeyd edək ki, Qırğızıstanda 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı “Tarix yazan liderlər” mövzusunda konfrans keçirən Türk Ağsaqqalları Birliyinin nümayəndələri bu gün səhər Azərbaycana dönüblər.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR