Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana işgüzar səfərə gəlib
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani noyabrın 30-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Agsaqqallar.az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşıladılar.
Bəsti İsrafilova
Agsaqqallar.az
Oxşar Xəbərlər
- MEK-də “İnformasiya cəmiyyətində mədəni-tarixi irsin qorunması və ötürülməsində kitabxanaların rolu” mövzusunda respublika elmi konfransı keçirilib
- Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”
- Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb