Tacir Səmimi:”NİZAMİ MURADOGLU HƏMİŞƏ XATIRLANACAQ”
İş yoldaşlarımdan Nizami Muradoğlu ilə yaxşı münasibətim vardı. Bəli, Niza-mi müəllimlə ünsiyyətim alınırdı. O, filologiya elmlər doktoru, dosentdi, aramında cəmi bir yaş fərqi vardı, yəni məndən bir yaş böyükdü. Məhsuldar alimdi, 20 ki-tabı, yüzdən çox məqaləsi işıq üzü görmüşdü. Üstəlik, Nizami müəllimin bədii əsərləri də vardı. Hərdən bir söz düşəndə ona zarafatla deyirdim:
– Nizamı müəllim, alim Nizami şair-yazıçı Nizamini üstələmir ki?
O da gülümsünürdü:
– Yox, onlar bir-birinə maneə olmurlar – qoşa gedirlər. Birinin yolu elmə, o birininki şeirə, nəsrə gedir.
Adətən Nizami müəllim kitablarının təqdimatını və müxtəlif tədbirlər keçirər-di. Maraqlıdır ki, elə alınardı mən bunlardan gec xəbər tutduğumdan onun tədbirlə-rində iştirak edə bilməzdim. Nizami müəllimlə rastlaşanda atüstü görüşər, onu təb-rik edərdim:
– Xeyirli, uğurlu olsun.
– Sağ ol, Allah razı olsun.
Qəribə olsa da beləcə mən dostumun tədbirlərində iştirak etmirdim, bu hal xeyli davam etdi. Amma bir dəfə də Nizami müəllim məndən incidiyini dilə gətir-mədi.
Dəfələrlə müxtəlif tədbirlərdə iştirak edib, xatirə şəkilləri də çəkdirdik, hərdən bir onunla birlikdə çay da içdik, amma aramızdakı isti münasibət pozulmadı.
Bir dəfə yenə o, tədbir keçirəndən sonra mən gecdən-gec onu təbrik edəndə gülümsündü:
– Bilirsənmi nə düşünürəm? Deyirəm bir dəfə sənə vermədiyim kitabları bir çantada maşına qoyub gətirim. Verim sənə. Kitabları oxuyandan sonra ürəyindən keçənləri yazarsan. Məncə, belə yaxşı olar.
…Koronavirus bəlası dünyanı ağzına aldı, canlar aldı, özü ilə qadağalar, cəri-mələr, yasaqlar gətirdi. Üzlərdən sevinci apardı, ürəkləri qopardı. Sanki adamları həyatdan küsdürdü, ünsiyyəti zəiflətdi, evə qapanmağı məcburi elədi. Sevinməyə, şadlanmağa, xeyir işlərə tamarzı qaldıq.
…İnsan ömrü nədir ki. Necə gəlib keçir, kimsə fərqində olmur. Bir də baxırsan ki, qocalıq qapındadır, ömür su kimi axıb gedir. Dədələrimiz yaxşı deyiblər: “Öm-rün başı örtülüdür”. Yəni kimsə ömrünün nə vaxt, harda qırılacağını bilmir, bir Allahdan başqa. Bir də bu dünyanın bir pozulmaz qanınu var: gələn bir gün getmə-lidir. Bineyi-qədimdən belədir, belə də davam edir.
…Bir gün bir qara xəbər içimi göynətdi. Dedilər Nizami müəllim vəfat edib. İnanmağım gəlmədi, öz özümə dedim: “Bu ola bilməz, bəlkə səhv deyiblər?”. Yəni
bu humanist, xoş xasiyyətli iş yoldaşımın ölümünə özümü inandıra bilməsəm də bu, bir həqiqətdi. Burda rəhmətlik nənəm Xəstə Zərnişanın bir bayatısını xatırladım:
Bacının bacı dərdi,
Yoxdu əlacı dərdi.
Keçdi şirin söhbətimiz,
Qaldı bir acı dərdi.
Bəli, Nizami Muradoğlu da haqq dünyasına qovuşdu. Allah rəhmət eləsin, qəbrin nurla dolsun, Nizami müəllim. Sənin adın səni tanıyanların ürəklərindən silinməyəcək, sənin kimi şəxsiyyətlərin adları həmişə var olacaq, xatırlanacaq. Alim kimi, şair kimi, yazıçı kimi.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent