" />

Türk Ağsaqqalları Birliyi-TAİB Qazaxıstan hadisələrilə bağlı bəyanat verib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi Qazaxıstan hadisələrilə bağlı bəyanat verib.
Bəyənatda deyilir:
“Qardaş Qazaxıstanda yaşanan olaylar hər birimizi dərindən üzür və kədər hissi yaşadır. Çox təəssüf ki, Türküstanın ən güclü dövlətlərindən olan Qazaxıstanda xoşagəlməz hadisələr baş verir. Qazaxıstan Türk birliyinin yaranmasında fəal iştirak edib. Deyərdim ki, Türk Dövlətləri Təşkilatına öz səmərəli töhfəsini verib və bunun üçün yetərincə cabalar göstərib. Bizim üçün qardaş Qazaxıstanın müstəqilliyi və stabiliyi vacib şərtdir. Yaşanan hadisələrə müxtəlif aspektlərdən yanaşmaq və təhlil etmək mümkündür. Ancaq ortada reallıq var: Qazaxıstan hadisələri Türk dünyasına böyük zərbədir. Müşahidələrimiz bunu göstərir. Bu cür təxribatçı addımlar və ixtişaşlar digər türk dövlətləri üçün nəticə çıxartmağı tələb etməklə yanaşı, birgə mübarizənin labüdlüyünü zəruri edir. Ancaq biz yaşanan hadisələrə görə ruhdan düşməməliyik və bunu özümüzə yaxın buraxmamalıyıq. Əksinə, biz indi türk dövlətləri arasında inteqrasiyanın daha da sürətlənməsinə çalışmalıyıq. Türk gəncliyi, ziyalıları fəaliyyətlərini ikiqat artırmalıdırlar. Biz Türk Ağsaqqalları Birliyi olaraq bu yöndə üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik. Türk dövlətlərinin ziyalıları, elm və mədəniyyət adamları ilə əlaqələrimizi daha da genişləndiririk. Hesab edirik ki, türk birliyinin möhkəmləndirilməsi istiqamətində indi daha çox çalışmalıyıq. Qazaxıstan hadisələri həm də Türk dünyasına qarşı atılmış addımdır. Bu proseslər göstərir ki, biz nəticələri təhlil edərək təhlükələri önləyəcək müvafiq fəaliyyət proqramları tərtib etməliyik.
Sudeif İmamverdiyev,
Türk Ağsaqqalları Birliyi-TAİB-in Təşkilat Komitəsinin sədri”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR