Beynəlxalq Türk Akademiyasının prezidenti bəyanat verdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Qazaxıstandakı siyasi vəziyyətlə bağlı bəyanatla çıxış edib. 

Bəyanatda deyilir:

Beynəlxalq Türk Akademiyası xuliqan ünsürlərin müstəqilliyə və ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətlərini qətiyyətlə pisləyir.

Biz dinc əhalinin həyatına təhlükə yaradan, ictimai asayişi pozan hər cür terrorun, dövlətçiliyin əsaslarını sarsıdan zorakı hərəkətlərin qəti əleyhinəyik.

Biz Qazaxıstan Respublikasının Prezidenti Kasım-Comart Tokayevin qəbul etdiyi qərarları, eləcə də davam edən antiterror əməliyyatına tam dəstəklədiyimizi bildiririk.

Hesab edirik ki, bu sınaq saatında bütün cəmiyyətin birliyi və ölkə rəhbərliyinin bütün vətəndaşlar tərəfindən dəstəklənməsi vacibdir.

Qazaxıstanda sabitliyin tezliklə bərpası qardaş türk ölkələri üçün son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən də bu çətin dövrdə ölkədə ictimai-siyasi sabitliyin tezliklə bərpa olunmasını arzulayırıq.

Darxan Kıdırali,

Beynəlxalq Türk Akademiyasının prezidenti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR