Mərkəzi Zabitlər Evində ədəbi-bədii tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması və Vətənə, torpağa bağlılıq, dövlətə sədaqət hisslərinin təbliği məqsədilə “Vətəni, torpağı qorumaq hər kəsin müqəddəs borcudur” mövzusunda ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri də iştirak edib.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.
Ədəbi-bədii tədbirdə çıxış edənlər Vətənə, dövlətə, torpağa, xalqa sədaqət hisslərinin daim aşılanmasının və hərbi-vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR