Tacir SƏMİMİ:”Yaxşı insanlar”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Dünyada yaxşı insanlar olmasaydı dünya qaranlıq olardı, işıqlı insanlarsız yaşamaq olmazdı. Belə şəxslər ürəklərə, könüllərə nur, insanlıq duyğuları payla-yır, insanlığın dəyərini hər kəsə anladır. Deyirlər: insanlığa xidmət edin, öncə insanlıq gəlir… Dünya malına göz dikməyin, sərvət, var dünyada qalacaq… İn-sanlıq ölməzdi, həmişə diri qalacaq, könüldən könülə, eldən elə, dildən dilə ke-çib yaşayacaq, insanlara insanlığı unutdurmayacaq. Ey insanlar, insanlığa hamı-nın ehtiyacı var.

…Pandemiya yenə də davam edir, dövlətlərə, cəmiyyətlərə zərər verir, zi-yan verməkdə də davam edir. Təbii ki, bu bəla bizim ölkəmizdən də yan keçmir. Qəzavü-qədərdən bu bəla bizə də bulaşdı. Acizanə surətdə bir həkimə müraciət etdik. Ona bir neçə dəfə zəng vursaq da cavab vermədi. Nəhayət, telefonunu aç-dı. Dedik bəs belə, belə… Deyəsən, xəstələnmişik, test olunmaq istəyirik. Həkim olduqca soyuqqanlılıq və laqeydliklə bizə elə cavab verdi ki, onunla danışmağı-mıza peşman olduq. Düzü, ona deməyə söz tapmadıq, həm də o şəxs özünün necə adam olduğunu bəlli etdi.

Bədbinləşmədik. Nəsibov Tariyel İsgəndər oğluna zəng vurduq:

– Həkim, vəziyyət belədir, nə etməli?…

– Narahat olmayın, səbirli və özünüzə inamlı olun. Bir neçə dəqiqəyə dər-man, iynə, sistem yazıb göndərəcəyəm. Bilirsən, bir neçə dəfə ağır xəstələnmi-şəm, hərəkətlərim zəifdir. Yoxsa yanına özüm gələrdim.

Az keçməmiş Tariyel həkim lazım olan dərman-iynəni yazıb göndərdi. Bəs bizə kömək edəcək tibb bacısını necə tapmalı? Bu sual bizi düşündürəndə birdən telefonumuz səsləndi. Bir xanımdı:

– Bağışlayın, səhv düşmüşəm. Mən tibb bacısıyam.

– Nə yaxşı oldu, bizim Sizə ehtiyacımız var. Bu da ünvanımız.

– Yaxşı, gələrəm.

Beləcə tibb bacısı ilə tanış olduq. Yəni Məmmədova Kamilə Nurəddin qızı bizi darda qoymadı. Üstəlik, bizə lazım ola dava-dərmanı da alıb gətirdi. Söhbət əsnasında öyrəndik ki, Kamilə xanım Rusiya Federasiyasının Yekaterinburq şəhərində Tibb texnikumunu bitirib. Orada xeyli işləyəndən sonra doğulub bö-yüdüyü Oğuz rayonuna gəlib. Orada da xeyli işləyəndən sonra hazırda adamlara səyyar xidmət göstərir. Neçə illərdir ki, özünə iş tapa bilməyib. Kamilə xanım söhbət əsnasında dedi:

– Adətimdir, adətən kiməsə yardım edəndə, kömək edəndə özümü çox yax-şı hiss edirəm. Sanıram ki, dünyanın ən xoşbəxt adamlarından biriyəm. İnsanlıq ölməyib, ölməyəcək də. İnanın ki, həmişə evdə də, yanımda da, çantamda da müxtəlif dərmanlar saxlayıram. Axı mən tibb bacısıyam, adamların sağlamlığı

həmişə məni düşündürür – sənətim məndən bunu tələb edir. Həmişə vicdanımın səsi ilə hərəkət edirəm. Bəzən hiss edirəm ki, mənim humanist hərəkətim bəzi aptek işçilərinə qəribə gəlir. Deyirlər:

Sən dərmanları niyə özün alırsan? Qoy xəstələr özləri gəlib alsınlar.

Bu, xoşagəlməz danışıq olsa da, acıqlandığımı biruzə verməsəm də belələ-rini cavabsız da buraxmıram:

– Axı sən də tibb işçisisən. Elə danışırsan ki, sanki pandemiyadan xəbərin yoxdur. Karantin qaydalarını bilmirsən?! Biz – sən də, mən də indi adamların sağlamlığı üçün əlimizdən gələni etməli deyilikmi?!

Baxıram aptek işçisi mənə heyrətlə baxır, təəccüblənir. O anlaya bilmir ki, belə vaxtda gəlir əldə etmək, qazanc güdmək yersizdir. Tibb işçilərinin borcu adamları amansız koronavirusun pəncəsindən xilas etməkdir. İndiyə qədər xeyli adama kömək edib onları müalicə etmişəm. Mən bununla şərəf duyuram.

Arada Kamilə xanım söhbətinə ara versə də, yenə aramla danışmağa başladı:

Müəllim, heç yadımdan çıxmır, elə bu günlərdə bir yaşlı qadına sistem qoşmağa getmişdim. Onun qəflətən istiliyi qalxdı, 39° oldu. Dərhal onun istiliyi-ni aşağı salıb səbirlə işimə davam etdim. Deməyim odur ki, dəfələrlə problemlər də olub, amma mən adamlara kömək etməkdən uzaq dayana bilməmişəm.

Bəli, Kamilə xanım zəhmət çəkdi, xidmətimizdə durdu, onun sayəsində sağlamlığımıza qovuşduq.

Yenə söhbətimizin əvvəlinə qayıdırıq. Dünyada yaxşı insanlar olmasaydı dünya qaranlıq olardı. Belə yaxşı insanlardan Nəsibov Tariyel İsgəndər oğlu və Məmmədova Kamilə Nurəddin qızıdır. Biz fəxr edirik ki, el-obanın, insanlarımı-zın qədrini bilən belə fədakar həkimlərimiz, tibb bacılarımız var. Belə cəfakeş insanlarla fəxr etməyə dəyər.

 

Tacir SƏMİMİ,

filologiya üzrə fəlsəfə doktoru, dosent

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR