" />

Özbəkistanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradıldı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu il Özbəkistanda prezident seçkisidir.  ölkə ciddi-cəhdlə bu seçkiyə hazırlaşır. Qeyd edim ki, Özbəkistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılıb. Prezidentliyə beş namizəd var. Bunlar Ekologiya Partiyasından Narzullo Oblomuradov, Xalq Demokratik Partiyasından Maksudə Varisova, hazırkı prezident Şevket Mirziyoyev, “Milli tıklanış” Özbəkistan Demokrat Partiyasından Əlişir Kodirov və Sosial Demokrat Partiyasından Bəhram Abduhəlimovdur. Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. “.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Özbəkistanın vətəndaşı olan tanınmış şair Akif Azalp deyib.

O bildirib ki, Azərbaycanda yaşayan, səsvermə hüququ olan Özbəkistan vətəndaşları 27 saylı məntəqədə səs verə bilərlər.

Özbəkistanın Azərbaycandakı sədri Bəhram Əşrəfxanovdur.

Şair onu da bildirib ki, məntəqə lazımı inventarlarla təmin olunub, o cümlədən gizli səsvermə üçün kabinələr də qurulub.

“Səfirlik seçicilərin siyahısını artıq hazırlayıb. İndiyədək 350 seçicinin siyahısı dəqiqləşib, bu istiqamətdə fəaliyyət davam edir. Seçicilərin əksər hissəsi Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirakı gözlənilir. Səsvermə 08.00-dan 20.00-dək olacaq”-deyə Akif Azalp bildirib.

.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR