Mikayıl Cabbarov: “Nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”
Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcək.
Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası iqtisadiyyat nazirlərinin 10-cu iclası ilə bağlı “Facebook” hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, Türk Şurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik:
“Ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”.