Azərbaycan və Qırğızıstan XİN başçıları əməkdaşlıq proqramı imzaladılar
Azərbaycan və Qırğızıstan Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.
Bunu XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb.
Sənədi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev imzalayıblar.