Azərbaycan Çində keçirilən tədbirdə təmsil olunub
Azərbaycan elektron ticarətlə bağlı Çində keçirilən tədbirdə təmsil olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Çinin Şansi əyalətinin Sian şəhərində “2021 İpək Yolu Elektron Ticarət Əməkdaşlığı” mövzusunda dəyirmi masada çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, elektron ticarətin inkişafının ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayıb, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə iştirakçılara məlumat verib.
Teymur Nadiroğlu Şansi əyalətindən olan iş adamlarını Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Oxşar Xəbərlər
- İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib
- Vəli İsrafilov Paralimpiya rekordu qırıb qızıl medal qazandı
- İlham Əliyev düşmənin viranə qoyduğu Zəngilan məscidinin qarşısından UNESCO-ya səsləndi