Cəlal Qurbanov:”O dərdlə, o ağrıyla 28 il yaşadıq”-Fotolar
“Şusa işğal olunanda mənim 12 yaşım var idi. Biz Yasamalda yaşayırdıq. Şuşadan qaçqın düşən insanlar yanımızdakı yataqxanaya yerləşdirilirdi. Yaşım az olsa da o ağrını, o məyusluğu, o itkini bütün qəlbimlə hiss edirdim.. İllər keçdi.. O dərdlə, o ağrıyla 28 il yaşadıq”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında nəğməkar şair Cəlal Qurbanov deyib. 44 günlük Vətən Müharibəsində oğlu Əli ilə əsgərlərin arasında olan şair öz təəssüratlarını bölüşərkən bildirib ki, bu savaş Azərbaycan xalqının qüdrətini, əzmini dünyaya bəyan etdi. Şuşanın azadlığı ilə sanki ruhumuzazadlığa qovuşdu.
“Allaha min şükür ki, indi doğma Şuşamız, doğma Qarabağımız azaddır. Qəhrəman əsgərlərimizin, Xudayar kimi canını bu torpaq uğrunda fəda edən şəhidlərimizin, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə.. İndi mənim oğlum Əlinin 12 yaşı var və mən xoşbəxtəm ki, 12 yaşımda mənim hiss etdiyim həsrət hissinin əvəzində, 12 yaşlı oğlumun qəlbində zəfər hissi var!
Mən Şuşada olanda sanki bu müqəddəs torpağın daşından da, torpağından da, suyundan da… Nəğməli Şuşamızın başı dumanlı dağlarından da, Xudayarın o həzin ifası eşidilirdi. Sanki bütün şəhid olmuş igidlərimizin ruhu ordaydı, bizləydi… Bu fövqəladə hissi sözlə ifadə etmək belə çətindi… Bəli…Bu musiqi Qarabağımızda hələ çox səslənəcək..İllər ötəcək, nəsillər dəyişəcək, amma bu ifa, bu musiqi möhtəşəm zəfərimizi bizə daim qürurla xatırladacaq!”
Onu da qeyd edək ki, Cəlal Qurbanov işğal altında olan Qarabağın azadlığı uğrunda mübarizəyə qoşularaq böyük layihələrlə çıxış edib. Bir çox Vətənpərvər mahnıların müəllifidir.
Agsaqqallar.com
Oxşar Xəbərlər
- Elin-obanın Nəriman həkimi…..
- Paralimpiya Oyunları: İdmançımız uzunluğa tullanmada Azərbaycana növbəti medalı qazandırdı
- Bakı Slavyan Universitetinin Xarici dil Müəllimliyi fakültəsinin Fransız dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Səadət Əlizadə indiyədək 50-dən çox şəhidin rəsmini çəkmişdir