Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcəklər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyə və Azərbaycan səmərəli istehsal sahəsində əməkdaşlıq edəcək.

Bu barədə Trend-ə Türkiyə Sənaye Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, səmərəli istehsal sahəsində əməkdaşlıq məqsədi ilə iki ölkə arasında aidiyyəti qrupların səfərləri nəzərdə tutulub.

Bütün bunlarla yanaşı Türkiyə və Azərbaycan arasında sənaye parkları, zonaları və məhəllələri ilə bağlı da təcrübə mübadiləsi həyata keçiriləcək.

“Bunun üçün tərəflər arasında qarşılıqlı səfərlər təşkil olunacaq”, – deyə nazirlikdən bildirilib.

Məlumata görə, Azərbaycanla bundan sonra da müxtəlif sahələrdə əməkdaşlıq ediləcək. Sənaye və texnologiya sahəsində əməkdaşlıq hər iki dövlətin maraqlarına xidmət etməklə yanaşı, eyni zamanda təcrübə mübadiləsinin də artmasına təkan verəcək.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR