Özbək şairi Abdulla Aripov:”Bilmayman, qiynaydi qaysi xotira”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ustad şair ABDULLA ARİPOVdan bir bahar lövhəsi…
***
Bahar günlərində payız havası,
Canımı üşüdür axşam mehi lal.
Niyə bunca qəmgin neyin nəvası,
Nədən qəlbə dolur, ağrı, həm məlal?
Bağlar arasında dinmir boş yerə,
Tanış ulduzlardan tökülməkdə nur.
Bilmirəm incidir hansı xatirə,
Titrək ulduz kimi buzlanır şüur.
Məğlub döyüşçünün nizəsi sayaq
Məyus, əyilməkdə qovağın ucu.
Bağlar kölgəsində halsız, həm oynaq
Yuxudakı qızın oyaq yuxusu.
Yatar ətrafımda qərib bir vüqar,
Bilməm nəyə uçdu qəlbin səfası.
Həm də, nə edərdim, nə əlacım var,
Bahar günlərində payız havası.
Tərcümə: Şahməmməd Dağlaroğlu
***
Bahor kunlarida kuzning havosi,
Tanimni junjitar oqshom shamoli.
Nega buncha g‘amgin nayning navosi,
Nega qalbim to‘la o‘kinch va malol?
Barglar orasiga tinmasdan sira
Oshno yulduzlardan to‘kiladi nur.
Bilmayman, qiynaydi qaysi xotira,
Titroq yulduz kabi muzlagan shuur.
Mag‘lub bahodirning nayzasi misol
Ma’yus egiladi terak uchlari,
Barglar soyasida o‘ynaydi behol
Uyqudagi qizning bedor tushlari.
Atrofimda yotar g’arib bir viqor,
Bilmam, nega uchdi qalbim safosi.
Nima ham qilardim, na ilojim bor.
Bahor kunlarida kuzning havosi.
Abdulla Oripov

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR