Selami Güney S.S Güzeller Karma Sanayi Yapı Kooperativinin başqanı oldu
Bu gün Türkiyənin Kocaeli şəhərində S.S Güzeller Karma Sanayi Yapı Kooperativinin seçim törəni keçirilib.
Bir dəqiqəlik sükut və istiqlal marşı ile başlayan törəndə kooperativin üzvləri, rəsmi nümayəndələr və qonaqlar iştirak ediblər.
Əvvəlcə, S.S Güzeller Karma Sanayi Yapı Kooperativinin yaranma səbəbi, göruləcək işləri və nizamnaməsi, nizamnamə kapitalı barədə məlumat verilib. Sonra isə başqan seçimi üçün namizədlər irəli sürülüb. Üzvlərin səs çoxluğu ilə Selami Güney kooperativin başqanı seçilib.
Törəndə iştirak edən kooperativ üzvləri gələcək islərin birlik-bərabərliklə yürüdüləcəyini, hər bir işə dəstək verəcəklərini bəyan ediblər.
Başqanlığa seçilən Selami Guney isə öz növbəsində üzvlərinin güvəninə layiq olmaq üçün məsuliyyətlə çalışacağını ifade edib.
Tədbirin sonunda kooperativin yaranmasında dəstək göstərən dövlət qurumlarına təşəkkür ünvanlanıb.




