Bu gün Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin doğum gündür
Bu gün Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor QƏZƏNFƏR PAŞAYEVİN DOĞUM GÜNÜDÜR.
Qəzənfər Paşayev 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində dünyaya göz açmışdı. Onun “Altı il Dəclə və Fərat sahillərində”, ”Kərkük bayatıları”, ”Arzu-Qənbər dastanı”, “Nəsiminin İraq divanı”, ”İraq -Türkmən folkloru” və s. adlı kitabları oxuculara yaxşı tanışdı.
MƏN HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİMİ DOĞUM GÜNÜ MÜNASİBƏTİ İLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.ONA UZUN ÖMÜR, CAN SAĞLIĞI VƏ YENİ-YENİ YARADICILIQ UĞURLARI ARZU EDİRƏM.
Nəbil Küzeci, İraq



