Tirana şəhərində 4-cü Beynəlxalq İqtisadiyyat, Biznes və Sosial Elmlər Simpoziumu (ISEBUSS) keçirilib
İyulun 18-19-da Albaniyanın Tirana şəhərində 4-cü Beynəlxalq İqtisadiyyat, Biznes və Sosial Elmlər Simpoziumu (ISEBUSS) keçirilib.
Onlayn formatda dünyanın bir çox ölkələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbir Tirana Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin təşkilatçılığı və Tirana Dövlət Universitetinin ev sahibliyi ilə təşkil olunub. Beynəlxalq elmi konfransda ölkəmizi s. e.f.d., dos., Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi İdarəetmə Fakültəsinin Dekanı Murtəza Həsənoğlu, iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları Şöbəsinin müdiri Lətif Zeynallı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Şahin Zöhrəbəyov təmsil edib.



