Bu gün akademik Urxan Ələkbərovun doğum günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün akademik Urxan Ələkbərovun doğum günüdür. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, dosent Mürtəza Həsənov təbrik mətni paylaşıb. Təbrik mətnində deyilir:

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü , YUNESKO-nun Azərbaycan Milli MAB (İnsan və Biosfer) Komitəsinin sədri, akademik Urxan Ələkbərovun doğum günüdür. Azərbaycan elminin görkəmli nümayəndəsi, elmi ictimaiyyətimizin dəyərli ziyalılarından biri, dünyaşöhrətli alim-tədqiqatçı, böyük elmi məktəbin yaradıcısı, yüksək şəxsi və insani keyfiyyətləri, əsl pedaqoq və ziyalıya xas olan yüksək mədəniyyəti, mərdliyi, cəsarəti, insanpərvərliyi, zəhmətsevərliyi, sədaqəti, sözübütövlüyü ilə də cəmiyyətdə, həmkarları, və tələbələri arasında böyük hörmət qazanmış el ağsaqqalıdır.

Çox dəyərli akademik Urxan müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, sağlam uzun ömür, bütün ömrünü həsr etdiyi doğma Vətənimizə xidmət naminə çoxşaxəli ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR