Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və dövlət idarəetmə sistemində islahatlar

Azərbaycan siyasi müstəqilliyini bərpa etdikdən sonra sosial, iqtisadi, siyasi, hüquqi, mədəni sahələrdə islahatların həyata keçirilməsinə start verildi. Bu islahatlar bazar münasibətləri sisteminə keçid şəraitində hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, dövlət idarəetməsi sisteminin yenidən qurulması sahəsində fundamental dəyişikliklərin əsasını qoydu. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətin başına gəlməsi ilə dövlət idarəçiliyində artıq ciddi islahatlar və yeniliklər tətbiq olunmağa başladı.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi idarəetmə sistemində, o cümlədən, dövlət idarəetmə sistemində islahatların yeni mərhələsinin əsasını qoydu. Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi ilə bağlıdır. Ümummilli Liderin zəngin və çoxşaxəli irsi milli sərvətimizdir. Müasir Azərbaycan dövləti tərəfindən həyata keçirilən innovasiya siyasəti yeni bilik və texnologiyaların istehsalı, yayılmasını və tətbiq edilməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Ümummilli lider Heydər Əliyevin idarəçilik təliminin siyasi varislik, milli maraqlar, sosial ədalət və demokratiya kimi prinsiplərinə əsasən milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılır. Onların əsas qayəsini səmərəli və demokratik idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi və nəticə etibarilə ölkə vətəndaşlarının rifah və məmnunluq səviyyəsinin təmin olunması təşkil edir. İnnovasiya siyasəti Azərbaycanda ictimai həyatın bütün sahələrinin yenilənməsi, müasirləşməsi məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində daha da güclənmişdir. Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini – nüvəsini təşkil etmişdir. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi, yeni demokratik mexanizmlərin yaradılması və xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş – dövlət qulluqçusu münasibətlərində yeni düşüncə tərzinin, kadr potensialının formalaşdırılması, korrupsiya yarada bilən səbəbləri aradan qaldırmaq üçün zəmin olmuşdur. İnnovasiyaların fasiləsiz tətbiqi bütövükdə dövlətin istənilən sahəsinin başlıca inkişaf sahələrindən biri sayılır. Heydər Əliyev üçüncü minilliyin başlanğıcı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: «XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur… Azərbaycan Respublikası demokratik inkişaf yolu ilə inamla irəliləyir. İndi artıq bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tutmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq». Belə ciddi problemlərdən biri Azərbaycanda səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılmasından ibarət idi.
Müstəqilliyimizin ilk illərində yuxarıda qeyd olunan uğurların böyük əksəriyyəti qanunvericilik və təşkilati baxımdan sona qədər formalaşa bilməmiş dövlət idarəetmə sistemi çərçivəsində, yalnız Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, fitri istedadı və idarəçilik təcrübəsi hesabına əldə olunmuşdu. Çünki əvvəlki illərdə bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarına başlanılmamış, bu sahədə konkret proqramlar işlənib hazırlan¬ma¬mışdı. Nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının funksiyaları və praktiki olaraq yerinə yetirdikləri vəzifələr müasir dövlətin funksiya və vəzifələrinə uyğun gəlmirdi və formalaşmaqda olan bazar iqtisadiyyatının idarəetmə sisteminin tələblərinə cavab vermirdi. İqtisadi və sosial siyasətin həyata keçirilməsi zamanı ayrı-ayrı dövlət idarəetmə orqanları və təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi prosesi zəif idi. Ölkədə peşəkar dövlət qulluğu institutu formalaşdırılmamışdı və s. Digər tərəfdən isə bazar iqtisadiyyatına və demokratik cəmiyyətə keçid siyasi, iqtisadi və sosial münasibətlərdə, dövlət idarəetmə sistemində əsaslı keyfiyyət dəyişikliklərinin aparılmasını tələb edirdi. Demokratik cəmiyyətə keçid ictimai resursların səmərəli idarə olunmasını, hakimiyyətin bütün qollarında və bütün səviyyələrdə funksiyaların və məsuliyyət hədlərinin, sərhədlərinin müəyyən edilməsini, yerli özünüidarəetmənin inkişaf etdirilməsini, mərkəzi və yerli özünüidarəetmə orqanlarının tərəfdaşlığının təmin edilməsini, rəhbər orqanların açıqlığını və ictimaiyyət qarşısında hesabatlılığını təmin etməyi, dövlət orqanlarının fəaliyyətinə nəzarətin həyata keçirilməsində ictimai təşkilatların təsirinin gücləndirilməsini, bu prosesdə vətəndaşların bilavasitə iştirakının təmin olunmasını tələb edirdi. Bu tələblər dövlətin rolunun dəyişməsinə uyğun olaraq dövlət idarəetmə sisteminin funksiyalarının dəqiqləşdirilməsini, dövlət aparatının rolunun, funksiyalarının, səlahiyyətlərinin və məsuliyyətinin dəyişməsini, idarəetmənin yuxarı səviyyələrində paralelliyi aradan qaldırmağı, mərkəzi və yerli orqanların qarşılıqlı fəaliyyətinin dəqiq tənzimlənməsini, dövlət qulluğunun səmərəliliyinin yüksəldilməsini, bütövlükdə dövlət idarəetmə sisteminin islahatlarının aparılması zəru¬rə¬tini və bütün səylərin dövlətin, dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətinə yönəldilməsini nəzərdə tuturdu. Eyni zamanda Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarının kompleks təminat mexanizmi yaradılmalı, başlıca inzibati dəyişiklikləri, xüsusi halda icra hakimiyyəti orqanları sisteminin, dövlət qulluğunun, inzibati-ərazi quruluşunun, dövlət idarəetməsinin ayrı-ayrı sferalarının transformasiyasını özündə əks etdirməli idi.
Bütün bunlan nəzərə alaraq Ümummilli Lider Heydər Əliyev 1998-ci il dekabr ayının 29-da «Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərman imzaladı ki, bu da səmərəli dövlət idarəetmə sisteminin formalaşdırılması istiqamətində aparılan islahatların başlanğıcını qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında komissiya dövlət idarəetmə sisteminin islahatlarının Konsepsiya layihəsini işləyib hazırladı. Bu konsepsiyada Azərbaycanın dövlət idarəetmə sisteminin müasir vəziyyəti təhlil olunaraq mövcud çatışmamazlıqlar aşkara çıxarılmış və dörd istiqamət üzrə islahatların (1-dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması; 2-audit sisteminin islahatı; 3-dövlət idarəetmə sisteminin (inzibati dövlət qulluğu) islahatı; 4-hüquq və məhkəmə sisteminin islahatı.) aparılmasının zəruriliyi əsaslandırılmışdı. Konsepsiyada icra hakimiyyəti sisteminin təkmilləşdiril¬məsinin strateji istiqaməti və bu məqsədlə yerinə yetirilməli olan işlərin məzmunu, islahatların hüquqi təminatı, Nazirlər Kabinetinin rolu və funksiyasınm təkmilləşdirilməsi, dövlət müəssisələrinin və dövlət mülkiyyə¬tinin idarə olunması, peşəkar dövlət qulluğunun formalaşdırılması məsələləri öz əksini tapmışdı.
Aydındır ki, həyata keçirilən islahatlar dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsini, dayanıqlı iqtisadi artım üçün şəraiti, sosial vəziy¬yətin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasını, demokratik institutların hərtərəfli inkişafını təmin etməli idi. Bununla əlaqədar dövlət hakimiyyəti orqanlarının səmərəliliyini və cavabdehliyini artırmaq üçün təxirəsalınmaz tədbirlər görülməli, nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün qanunvericilikdə dəyişikliklər edilməli, institusional islahatlar aparılmalı idi. Nazirlər Kabinetinin strukturu funksional əlamətə görə yenidən qurulmalı, nazirliklərin roluna yenidən baxılmalı, onların fəaliyyəti uyğun sahədə siyasətin işlənib hazırlanması və həyata keçirilməsinə, tənzimləmə funksiya¬sının yerinə yetirilməsinə yönəldilməli idi.
Dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması, resursların daha səmərəli paylanmasını təmin etmək üçün, səmərəli büdcə sistemi və dövlət xərclərini idarəetmə sistemi yaratmaq məqsədi ilə Azərbaycan Respublikasının büdcə sistemi haqqında yeni qanun qəbul edildi, ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə fəaliyyətindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Dövlət idarəetmə orqanlarının fəaliyyətində paralelçiliyi və təkrarlanmaları aradan qaldırmaq, büdcə xərclərini rasionallaşdırmaq məqsədi ilə müxtəlif idarəetmə orqanlarının funksiyaları dəqiqləşdirildi, ixtisarlar aparıldı. Azərbaycanda səriştəli və peşəkar dövlət qulluğu sisteminin formalaşdırılması da tələb olunurdu. Çünki demokratik islahatların taleyi, onların sosial bazasının möhkəmləndirilməsi dövlət qulluğunun inkişafı ilə sıx bağlı idi. Dövlətin səmərəli fəaliyyətini təmin etmək və qarşıda duran problemlərin müvəffəqiyyətli həlli üçün yüksək ixtisaslı, siyasi cəhətdən neytral, qanunla müdafiə olunan, cəmiyyətin maraqları naminə fəaliyyət göstərən, düzgün, vicdanlı, qərəzsiz, informasiyadan istifadə etmək bacarığı olan, səmərəli rəhbərlik edə bilən mütəxəssislərdən ibarət dövlət qulluğu sistemi qurulmalı idi. Bu məqsədlə 21 iyul 2000-ci il tarixdə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olundu. 2001-ci ilin sentyabr ayından qüvvəyə minən bu qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaratdı. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirmiş, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndir¬məyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyət¬lə¬rindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaratdı. Dövlət qulluğu haqqında qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etmək, bütövlükdə Azərbaycanda dövlət qulluğu ilə bağlı problemlərin həllini təmin etmək üçün 18 nəfər üzvdən ibarət Dövlət Qulluğunu İdarəetmə Şurası təşkil olundu və fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti və yüksək vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn respublikaya çevrildi. Böyük öndər öz tarixi missiyasını həm də artıq o dövrdə xalqın daxilində oyanmaqda olan milli ruhun yüksəlişini təmin etməkdə görürdü. Ümummilli Lider Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi ilə sanki Azərbaycanda milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək mustəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açılmış oldu. Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldil¬mişdir. 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
“Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalan¬ması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.”Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edildi. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənmə¬sinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi və eyni zamanda Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması bir daha nümayiş etdirildi. “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Ümummilli Lider Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda yerli özünüidarəetmənin inkişafı sahəsində dövlət siyasəti vahid bir sistem olub özündə bu siyasətin məqsədlərini, başlıca istiqamətlərini, vəzifə və prinsiplərini, reallaşdırılma mexanizmlərini əks etdirməlidir. Bu siyasət Azərbaycan Respublikasının Konstitusiyasına, yerli özünüidarəetmə haqqında Avropa xartiyasına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına əsaslanmalı və ölkənin yerli özünüidarəetmə sahəsində qanunlarında və digər normativ hüquqi aktlarında ifadə olunmalıdır. Yerli özünüidarəetmənin inkişafı sahəsində dövlət siyasətinin məqsədi yerli özünüidarəetmənin gələcək inkişafinı təmin etməkdən və onun fəaliyyətinin səmərəliliyini yüksəltməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət siyasəti aşağıdakı istiqamətlərdə formalaşdırılmalıdır:
-vətəndaşların yerli özünüidarəetməni həyata keçirmək sahəsindəki konstitusiya hüquqlarının reallaşdırılmasının təmin edilməsi;
-yerli özünüidarəetmə orqanlarının konstitusiya səlahiyyətlərinin reallaşdırılması üçün şəraitin təmin olunması;
-yerli özünüidarəetməyə dövlət zəmanətlərinin təmin edilməsi.
Bu istiqamətlərin hər biri bir sıra məsələlərin həll olunmasmı tələb edir. Məsələn, vətəndaşların yerli özünüidarəctmə sahəsindəki konstitusiya hüquqlarının reallaşdırılmasını təmin etmək üçün hər şeydən əvvəl yerli özünüidarəetmə orqanlarına seçmək və seçilə bilmək, seçkili və digər yerli özünüidarəetmə orqanları vasitəsi ilə ycıii özünüidarəetməni həyata keçirmək, iradəsini birbaşa ifadə ctməklə yerli məsələlərin həllində iştirak etmək, həmçinin, ictimai ərazi özünüidarəetməsinin təşkili və fəaliyyəti üçün şəraitin yaradılması tələb olunur.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almaları və Azərbaycanın inkişafının mühüm amilinə çevrilmələrinin təmin edilməsi ilə bağlı siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək üçün göstərdiyi siyasi iradənin realizəsi üçün cəmiyyətin bütün inkişaf aspektlərini əhatə edən silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında aparılan ardıcıl islahatlar və innovasiya siyasəti dövlət orqanlarının fəaliyyətində səmərənin və çevikliyin artırılmasına, “rəqabət” prinsipinin tətbiqinə, dövlət orqanları arasında rəqabətin yaradılmasına, dövlət qulluğunun müsbət imicinin artırılmasına, səmərəli və peşəkar dövlət qulluğunun, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasına, dövlət qulluğunun xalqa qulluq mənasını ifadə etməsinə, məsuliyyətli, kreativ, dövlətinə və xalqına sadiq dövlət qulluqçularının hazırlanmasına xidmət edir.
Azərbaycan dövlətçiliyinin davamlı inkişafına, şəffaf, demokratik və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlmiş modernləşmə xətti əlavə təhsilin roluna və məzmununa yeni çalarlar qazandırmış və onu kadr siyasətinin potensialın artırılmasına yönələn strateji və dinamik icra mexanizminə çevirmişdir. Bu mexanizmin strateji hədəfləri, metod və prinsipləri, məzmun və keyfiyyət meyarları dövlət qulluğunun inkişaf istiqamətlərinə uyğun şəkildə müntəzəm olaraq təkmilləşmişdir.
S.e.f.d. dosent, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı Murtəza Həsənov