Tanınmış həkim Nəzər Hacıyevin doğum günüdür

Bu gün Gəncədə tanınmış həkim Nəzər Hacıyevin doğum günüdür. Qeyd edək ki, Hacıyev Nəzər Həmid oğlu 1956-cı ildə Gəncə şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub, 1980-ci ildə həmin universiteti bitirib. 1981-ci ildə Zədələnmə məntəqəsində cərrah travmatoloq, 1983-cü ildə Gəncə endokrinoloji xəstəxanasında həkim cərrah kimi çalışıb. 1993-1996-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Birinci Qarabağ müharibəsi veteranı olaraq tərxis olunub, yenidən Gəncə endokrinoloji xəstəxanasında fəaliyyət göstərib. 2021-ci ildən əmək pensiyasına çıxıb. 2023-cü ildən Gəncə Genetik klinikasında cərrah kimi çalışır.
Nəzər Hacıyevi doğum günü münasibəti ilə təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq.