TAİB-in fəal gəncləri – Sübhan Xıdırzadə

Agsaqqallar.com saytının “TAİB-in fəal gənci” rubrikasının qonağı fəal ictimaiyyatçı, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin Gənclər Təşkilatının həmsədri Sübhan Xıdırzadədi.
Mark Tven deyir ki, təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Bəşəriyyətin inkişafına xidmət edən ən vacib amillərdən biri də təhsildir. Elmsiz cəmiyyət qurumuş ağac kimidir. Nə kölgəsi olar, nə də təbiətə bir faydası. Qədimdən bu günə qədər düşünən beyinlər təhsilin, elmin inkişafına böyük önəm veriblər. Yaşam tarixinin əsas inkişaf modeli elmin və təhsilin sayəsində formalaşıb. Həzrəti Əlinin məşhur kəlamı da dillər əzbəridir:”Beşikdən qəbrə qədər oxuyun”.
Bu gün Azərbaycan Respublikası elmin inkişafında üləmalarının tarixi faktorları üzərində öncül ölkələrdən biridir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda gənc alimlərin sayı durmadan artmaqdadır.
Gənclərin həm təhsil, həm ictimai-siyasi və demək olar ki, bütün sahələrdəki fəallığı dövlətimizin gələcəyinin təminatı, qarantıdır.
Cəlal Xıdırzadə oğlu 9 avqust 2001-ci ildə Gədəbəy rayonu Rüstəm Əliyev (Miskinli) kəndində anadan olub. Gədəbəy rayonu Miskinli kənd 1 saylı tam orta məktəbini bitirib. Ziyalı ailədə dünyaya gələn gəncin milli irsə, folklora sevgisi də məhz gendəngəlmədir. Sazlı-sözlü məmləkətin dilbər guşəsi olan Gədəbəy rayonu həm də ozanlar yurdu kimi tanınır. Sübhanın da saza olan həvəsi onu 2009-cu ildə Gədəbəy şəhər Uşaq İncəsənət Məktəbinə götürür. 2014-cü ildə həmin məktəbin saz ixtisasını bitirən fəal gənc elmə, təhsilə olan sevgisindən də vaz keçmir. O, 21 mart 2012-ci ildə Qızıl Aypara Cəmiyyətinin professional operator və dizayner kursuna daxil olmuş, 21 sentyabr 2012-ci ildə tam kursu fərqlənmə diplomu ilə bitirir. Orta məktəb illərini səmərəli keçirən gənc bu illəri dəyələndirə bilir. Ailəsinin mükəmməl tərbiyəsinin nəticəsində uğurlu bir yola çıxan Sübhan Xıdırzadə 2019-cu ildə Şamət Tağıyev adına Miskinli kənd 2-saylı tam orta məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirir. Həmin il bu qədim yurdda Milli Yaylaq Festivalının keçirilməsi nəzərdə tutulmuşdur. Davranış mədəniyyəti və yüksək intellekti ilə seçilən gənc təşkilatçıların diqqətindən yayınmır. Və Sübhan Xıdırzadə 2019-cu ilin iyul-avqust aylarında Milli Yaylaq Festivalının təşkili və keçirilməsində könüllü-koordinator olur. Müxtəlif QHT-lərlə əlaqələr quran Sübhan ictimai fəallığı ilə diqqət çəkir. 2019-cu ildə Azərbaycan Universitetinin sosial iş ixtisasına qəbul olunan gənc tanınmış jurnalist, Vikipediya üzrə mütəxəssis Elnur Eltürklə tanış olur. Bu tanışlıq onun həyatında dönüş nöqtəsi yaradır. Onun tövsiyyəsi ilə vikipediyaçı könüllüləri hərəkatına qoşulur. Azərbaycanın dəyərli oğlu, millət vəkili Elnur Allahverdiyevin yaratdığı “Qorqud Vikipediya Metodik Klubu”nun əsas üzvlərindən biri olur. Beləliklə, 26 iyun 2020-ci ildən Vikipediyanın Azərbaycan bölməsində fəaliyyətə başlamış gənc fəal, təcrübəli istifadəçilər kateqoriyasına daxil olaraq onlarla məqalənin müəllifinə çevrilir. 5000- dən çox redaktəsi olan gənc fəalın coşğun təbi onu daha böyük amallara götürür. 2020-ci ildə Mədəniyyət Üzrə Elmi-Metodiki Və İxtisaslaştırma Mərkəzində könüllü olur. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayandan etibarən Vikipediyada müharibə və dövlətimiz, tariximiz, milli mənəvi dəyərlərlə bağlı olan mövzularda redaktələrini genişləndirir. Artıq püxtələşən Sübhan Xıdırzadə rəhbərliyin qərarı ilə 17 iyul 2021-ci ildə Qorqud Vikipediya Metodik Klubunda təlimçi kimi fəaliyyətə başlayır. 2021-ci il 17-27 iyul tarixlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində Vikipediya təlimlərində təlimçi olaraq təmənnasız fəaliyyət göstərir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyində Vikipediyaçı gənclərin yetişməsində aktiv iştirakına görə, 8 sentyabr 2021-ci ildə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyi tərəfindən Təşəkkürnamə ilə təltif edilir . Azərbaycan və xarici dillərdə yeni məqalələr yaratdığına görə Qorqud Vikipediya Metodik Klubunun təsisçisi, Milli Məclisin Deputatı Elnur Allahverdiyev tərəfindən Diplomla təltif edilir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Mütləq vətəndaş olsun! Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun! Ulu Öndərin ideyalarına sadiq qalan Sübhan Xıdırzadə də komandası ilə könüllü gənclərə təmənnasız təlimlər keçir, təhsildə, ictimai sektorda dəstəkçi olur.
Özünü bilik yarışlarında sınamağı sevən gənc fəal 12 noyabr 2019-cu il tarixində Heydər Əliyev Mərkəzininin ali təhsil müəssisələri arasında keçirdiyi “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışında iştirak edir. Qələbəsilə hamını sevindirən Sübhan Xıdırzadə mətbuatla da əlaqələrini genişləndirir, maarifləndirmə işi aparır, nümunəvi davranışı ilə örnək gənc statusu qazanır. Artıq partiya sıralarında da addımlamaq istəyən Sübhan Xıdırzadə partiyaya ərizə ilə müraciət edir. YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin 13 dekabr 2019-cu il tarixində keçirilən iclasında Yeni Azərbaycan Partiyasına üzvlüyünə qəbul olunur. Sübhan Xıdırzadə oxuduğu universitetin I kursun II semestrindən etibarən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Regionşünaslıq (Qafqaz üzrə) ixtisasına transfer olunur. Onun fəallığı dövlətin diqqətindən yayınmır. Könüllü gənclər dəstəsinin ən fəal üzvü kimi ona olunan bütün təklifləri dəyərləndirir. 10 iyul- 29 iyul 2020-ci il tarixində “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda səyyar xidmətin təşkili zamanı könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axının idarə olunması sahələri üzrə fəaliyyətdə də fərqlənir. Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında 22 noyabr 2021-15 dekabr 2021 tarixlərində 10 – dərslik vikipediya təlimlərində təlimçi olaraq fəaliyyət göstərir. Onun bu fəaliyyəti YAP rəhbərliyi tərəfindən təqdir olunur. 1 fevral 2022-ci il tarixində İctimai-sosial sahədə əldə etdiyi nailiyyətlərə görə 2-fevral gənclər günü münasibətilə Yeni Azərbaycan Partiyası sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov tərəfindən diplomla təltif edilir. Həmin tarixdə də ictimai fəaliyyətinə görə Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş medalyon ilə təltif olunur. Hər bir gəncin uğuru həm regionun, həm xalqın, həm dövlətin uğurudur. Fevralın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi tərəfindən keçirlən “10 dərslik” təlimlərinə təlimçi olaraq qatılan Sübhan Xıdırzadə 4 iyul 2022-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru prof. M. A. Əliyev tərəfindən Vikipediyanın Azərbaycan bölməsində yaratdığı məqalələrə, bununla da Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinə verdiyi dəyərli töhfəyə görə sertifikatla mükafatlandırılır. Ağsaqqal institutunun da diqqətini özünə cəlb edən gənc fəal Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinə üzv olmaq üçün təşkilatın ofisinin qonağı olur. Onun fəaliyyətindən xəbərdar olan TAİB İdarə Heyətinin yektil qərarı ilə ilə 8 oktyabr 2022-ci il tarixində tərkibdə yeni yaradılan Gənclər Təşkilatının sədri seçilir. Onun həm təşkilatdakı, həm də ölkənin ictimai-mədəni həyatındakı fəal iştirakına görə YAP-ın Veteranlar Şurasının sədr müavini, TAİB-in sədri akademik Sudeif İmamverdiyev və TAİB-in təsisçisi Ramin Əhmədov tərəfindən “Təşəkkürnamə”- ilə təltif edilir. Təşkilatdakı məhsuldar fəaliyyəti rəhbərlik və ağsaqqallar tərəfindən hər zaman təqdir edilir. Fəaliyyət arenası genişlənən Sübhan Xıdırzadə 10 iyun 2023-cü ildə Naxçıvan Dövlət Universitetində “Tələbə vikipediya könüllüləri” qrupunun yaradılmasındakı fəal iştirakına görə NDU-nun rektoru Elbrus İsayev tərəfindən “Təşəkkürnamə” diplomuna layiq görülür.
Dahi Eynşteyn deyir ki, elm bizim hissi təcrübəmizin xaotik müxtəlifliyinin hansı isə vahid təfəkkür sisteminə uyğunlaşdırılmasıdır. Bu uyğunlaşma gələcək perspektivlərimizin inkişafına da öz təsirini göstərir.
Öz üzərində çalışmağı sevən TAİB gənci elminin inkişafı üçün Türkiyə Respublikasında təhsilini davam etdirir. Bu nədənlə 21 iyun 2023-cü ildə təşkilatın Gənclər Təşkilatının sədri vəzifəsindən istefa verir. Lakin ona böyük dəyər verən birlik rəhbərliyi və İdaər Heyəti yektil qərarla ümumtürk konteksində yaradılan təşkilatın Gənclər Təşkilatının həmsədri seçilir. 21 iyun 2023-cü ildən fəaliyyət proqramını Türkiyədə davam etdirərək, türk dünyasından olan gənclərlə əlaqəsini genişləndirərək, türk birliyinin möhkəmlənməsi naminə layihələr həyata keçirir.
Yay aylarını asudə vaxtını dəyərləndirən gəncimiz hər il bir regionda könüllü fəaliyyəti ilə təqdirə layiq görülür. 2-6 avqust 2023-cü ildə “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupu tərəfindən təcrübəli və yeni, gənc vikipediyaçılar üçün Lənkəran şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirlən “Gənc vikipediyaçıların yay düşərgəsi layhiəsində iştirakına görə Gənclər və İdman Naziri Fərid Qayıbov tərəfindən sertifikatla və düşərgə zamanı keçirilən intellektual yarışı “Bozqurdlar” komandası olaraq qalib gələrək qızıl medalla təltif olunmuşdur. 2023-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsi Qafqaz üzrə regionşünaslıq ixtisasının bakalavr pilləsində təhsilini başa vuran Sübhan Xıdırzadə 2023-cü ildən Türkiyə Respublikasının Doqquz Eylül Universitetinin Avropa İttifaqı üzrə magistr pilləsində təhsil alır. Hal-hazırda “Karabağ meselesi bağlamında Avrupa birliği-Azərbaycan ilişkiləri” adlı araşdırmasını yazmaqdadır. Bundan əlavə, Manisa Celal Bayar Universitetinin elmi rəhbəri prof.dr Ülviyyə Aydın ilə birgə yazdığı “Doğu-Bati Ticaret Ekseninde Azerbaycan’in Stratejik Önemi” adlı məqaləsi də mətbuatda yayımlanmışdır.
Sübhan Xıdırzadə təşkilatdakı fəaliyyətindən bəhs edərkən deyir:”TAİB Gənclər Təşkilatı bu gün qürurla addımlayır. Rəhbərliyin bizə yaratdığı şəraitin nəticəsidir ki, bu gün birliyə gənclərin axını davam edir. Biz təşkilatda türk dünyasının müdrik ağsaqqallarının tövsiyyələri ilə böyük uğurlara imza atırıq. Hazırda mən Gənclər Təşkilatının həmsədri olaraq Türkiyədə layihələrimizin icrasını davam etdirirəm. Türkiyədən olan üzvlərimizin sayı durmadan artır. Ortaq layihələr daha səmərəli nəticələr verir. Hazırda Qorqud Vikipediya Klubunun, Türk Ağsaqqalları Birliyi Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Türkiyədə də Vikipediya təlimləri keçirilir. Bizim dəstəyimiz ilə keçirilən təlimlərə Vətən Müharibəsinin qəhrəmanı, qazımız, vikipediyanın peşəkar təlimçisi, TAİB GT-nin sədr müavini Qədir Quliyev rəhbərlik edir. Biz də üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də səsimizə səs verirlər. Biz birlikdə güclüyük! Təmənnasız həyata keçirdiyimiz təlimlərdən yüzlərlə gənc bəhrələnir. Turan uğruna çıxdığımız bu yol həm məsuliyyətli, həm də vacib bir yoldur. Biz türk tarixini təhrifsiz onlayn ensiklopediyaya yerləşdirməklə vətən qarşısında borcumuzu yerinə yetirməyə çalışırıq. Yerləşdirdiyimiz on minlərlə məqalə tariximizin səsi və sübutudur”. Sübhan Xıdırzadə hazırda Kanada mərkəzli “Telus İnternational” şirkətinin Türkiyə nümayəndəliyində məzmun meneceri olaraq çalışmaqdadır.
Bəli, biz belə gənclərimizlə qürur duyuruq. Amerikalı yazıçı Deyl Karnegi deyir ki, insan zəkanın qarşısında hörmətlə əyilər, amma gözəl rəftar və mərhəmətin qabağında diz çökər. Öz əxlaqı, mədəniyyəti, davranışı, işgüzarlığı, fəallığı və ən əsası da xeyirxahlığı ilə ağsaqqalların dərin ehtiramını, etimadını qazanmış dəyərli gəncə uğurlar arzulayırıq!
Şərafət Şəfa,
Agsaqqallar.com