Ramin Əhmədov: “Biz də vətəndaş cəmiyyəti institutu olaraq bu siyasəti alqışlayır və inkişafına dəstək olmağa çalışırıq”

“Hər il olduğu kimi 2024-cü ili də uğurlarla başa vurduq. Hazırda təşkilatda illk hesabata hazırlıq işləri görülür. Ümumtürk konteksində həyata keçirdiyimiz bütün tədbir və layihələr dövlət və milli maraqlara əsaslanır. Azərbaycanın yürütdüyü siyasətin əsas prioritet məsələlərindən biri də Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimizin möhkəmləndirilməsidir”.
Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqqallar Birliyi-TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri, “Türk dünyası agsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov deyib.
Möhtərəm prezidentimizin çıxışlarından sitat gətirən Ramin Əhmədov onu da bildirib ki, ölkə başçısı təkcə Türkiyə ilə deyil, bütövlükdə türk dövlətləri ilə münasibətləri gücləndirməyə üstünlük verir.
“Ümumtürk birliyinin möhkəmləndirilməsi məsələsində aparıcı qüvvə olaraq güc gənclərin üstünə düşür. Ölkəmizdə gənclər siyasəti ugurla davam edir. Biz də vətəndaş cəmiyyəti institutu olaraq bu siyasəti alqışlayır və inkişafına dəstək olmağa çalışırıq. Buna görə də ağsaqqallarımızın tövsiyyələri ilə birliyimizdə yaratdığımız vaxtdan Gənclər Təşkilatını da yaratmışıq. Gənclərimiz İdarə Heyətində təmsil olunan müdrik ağsaqqallarımızla birgə təhsil müəssisələrində maarifləndirmə işləri aparır, könüllü olaraq təlimlər keçir, nümunəvi davranışları ilə örnək olmağa çalışırlar. Ağsaqqal müdrikliyi gənclik potensialı ilə birləşərək daha böyük uğurlara doğru niyyətlənir. Bu da təşkilatın işinə böyük stimul verir. Ümidvaram ki, böyük ailəyə çevrilən, hər bir üzvün həvəslə, vətəndaş təəssübkeşliyi ilə qatıldığı TAİB 2025-ci ili də böyük uğurlarla başa vuracaq. Biz birlikdə güclüyük! Türk düyasına xidmət amalımızdır!”-deyə TAİB təsisçisi vurğulayıb.