Azərbaycan Respublikasında Dövlət Suverenliyi : Hüquqi dövlət quruculuğu , Konstitusiya islahatları , Müasir Çağırışlar və Hədəflər

Azərbaycan Respublikasında aparılan hüquqi və iqtisadi islahatlar dövlət idarəetmə sisteminin köklü dəyişikliyinə səbəb olmuşdur. Vətəndaşlara şəffaf, operativ xidmətlərin göstərilməsini, xidmətlərin daha əlçatan və keyfiyyətli olmasını təmin etmək üçün dövlət və bələdiyyə idarəçiliyində islahatlar həyata keçirilərək cəmiyyətin tələbatına uyğun dövlət və bələdiyyə idarəçilik sistemi formalaşdırılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı bu prosesləri sürətləndirdi və onun rəhbərliyi altında Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunması bu prosesin başlanğıcını qoydu. Azərbaycan Respublikası Konstitusiyasının 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunması ilə Dövlət və bələdiyyə idarəçiliyində islahatların həyata keçirilməsinin əsasını qoydu. 2025-ci il Azərbaycanın tarixində xüsusi bir önəmə malikdir, çünki bu il “Konstitusiya və Suverenlik İli” olaraq elan edilib. Bu il həm də Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Konstitusiya, ölkənin dövlət quruluşunu, vətəndaşların hüquqlarını və vəzifələrini müəyyənləşdirən ən ali qanun olmaqla, Azərbaycanın müstəqilliyinin və suverenliyinin təminatçısıdır. Azərbaycan suverenlik əldə etdikdən, müstəqilliyin bərpasından sonra yeni iqtisadi şəraitdə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna müvafiq keçid dövründə dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İslahatların həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin «Hüquqi islahatlar komissiyasının yaradılması haqqında» Sərəncamının (1996) və «Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında» Fərmanının (1998) müstəsna rolu olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası müasir sivil dünyada qəbul edilmiş normaya uyğun olaraq hakimiyyətin üç hissəyə bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin ümumi prinsiplərini də müəyyən etdi.
Azərbaycanda Konstitusiya, müstəqillik və suverenlik, dövlətin hüquqi əsaslarını təşkil edən və onun gələcək inkişafını təmin edən mühüm amillərdir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, bu müddət ərzində özünün suverenliyini və ərazi bütövlüyünü qorumaq, beynəlxalq aləmdə öz yerini tutmaq məqsədilə bir çox hüquqi və siyasi islahatlar həyata keçirmişdir. Bu islahatların əsasını isə Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası, ölkənin siyasi və hüquqi həyatını müəyyənləşdirən, vətəndaşların hüquq və azadlıqlarını təmin edən mühüm bir sənəd olaraq, Azərbaycan xalqı üçün tarixi bir əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil dövlət quruluşunun və suverenliyin hüquqi əsaslarını möhkəmləndirən bir sənəd kimi, dövlətin hüquq sistemi və idarəetmə strukturlarının formalaşmasına böyük təsir göstərmişdir. Bununla yanaşı, ölkənin beynəlxalq aləmdəki mövqeyi, Azərbaycan dövlətinin müstəqil siyasətini həyata keçirməsi, beynəlxalq hüquq və dünya ictimaiyyəti ilə əlaqələrinin inkişafı da Konstitusiyanın tətbiqi ilə daha da möhkəmlənmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq elan edilməsi, Azərbaycanın Konstitusiyasına və suverenliyinə verdiyi önəmin daha da artırılması məqsədini güdür. Bu illik təqvim, ölkənin Konstitusiyasının təbliğinə, vətəndaşların hüquqlarının daha da qorunmasına və ölkənin suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş bir il olaraq təbliğ ediləcəkdir. Dövlətin rəhbərliyində baş verən dəyişikliklər və beynəlxalq hadisələr də bu il çərçivəsində müzakirə olunacaq və daha geniş bir auditoriyaya təqdim ediləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, həm daxildə, həm də xaricdə öz mövqeyini daha da gücləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , Azərbaycanın Konstitusiyasına və dövlət suverenliyinə sadiq qalaraq, bu prinsiplərin gücləndirilməsini öz fəaliyyətində daim ön planda tutmuşdur. Onun çıxışlarında və fəaliyyətində Azərbaycan xalqının hüquqlarının qorunması, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsi məsələləri daim əks olunmuşdur.
Azərbaycanın Konstitusiyası, müstəqillik tariximizin ən mühüm hüquqi sənədidir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin nəticəsi olaraq, 34 il öncə, 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxaraq müstəqilliyini elan etdi. Lakin müstəqillik qazandıqdan sonra hüquqi və siyasi əsasların formalaşması, Azərbaycan üçün ən mühüm vəzifələrdən biri oldu. Bu müddət ərzində Azərbaycan rəhbərliyi, ölkə daxilindəki hüquq və idarəetmə strukturlarını tənzimləyən yeni qanunvericilik çərçivələrinin hazırlanmasına və tətbiqinə başladı .
Azərbaycanın Konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul edildikdən sonra ölkə üzərində möhkəm hüquqi təməl quruldu. Konstitusiyanın qəbul olunması ilə Azərbaycan, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım atdı. Həmin dövrün tarixi şəraiti, Azərbaycanın beynəlxalq hüquqla əlaqələrinin təkmilləşdirilməsini və suverenliyin qorunmasını da nəzərdə tuturdu. 1995-ci ilin Konstitusiyası, Azərbaycan Respublikasının suverenliyini təsdiqləyərək, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini əks etdirən əsas sənəd oldu.
Ümummilli lider Heydər Əliyev deyirdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Azərbaycanda Konstitusiyanın qəbul edilməsindən sonra hüquqi sistemdə həyata keçirilən islahatlar ölkənin idarəetmə forması və vətəndaşların hüquqlarının qorunmasına yönəldildi. Konstitusiya, vətəndaşların fundamental hüquqlarını və azadlıqlarını təmin etmək, eyni zamanda dövlətin yüksək orqanlarının fəaliyyətini tənzimləmək məqsədini güdür. Bu hüquqi sənəd, Azərbaycan xalqının suverenliyini təmin etmək, müstəqil dövlət quruluşunu qorumaq və ölkənin gələcək inkişafını təmin etmək baxımından vacib əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 2003-cü ildən etibarən rəhbərlik etdiyi dövrdə, Konstitusiyanın prinsip və dəyərlərini qorumağa, inkişaf etdirməyə və müasir dövrün tələblərinə uyğunlaşdırmağa xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edən mühüm təşəbbüslər irəli sürmüş, beynəlxalq aləmdə ölkənin hüquqi mövqeyini gücləndirmişdir. Onun fəaliyyətində Konstitusiyanın əsas dəyərləri daim vurğulanmış və ölkənin inkişafında bu prinsiplərin əhəmiyyəti önə çıxarılmışdır.
Azərbaycanda suverenlik, ölkənin müstəqilliyi və ərazi bütövlüyü ilə sıx əlaqəlidir. Konstitusiya, dövlətin suverenliyini təmin etmək və ölkənin beynəlxalq aləmdə öz yerini möhkəmləndirmək məqsədini güdür. Azərbaycan Respublikasının Konstitusiyası, ölkənin suverenliyinin təməl prinsiplərini müəyyən edir və müstəqil dövlət quruluşunun əsasını təşkil edir. Bu sənəd, ölkənin daxili və xarici siyasətində müstəqilliyini qorumağa, xalqın iradəsini əsassız müdaxilələrdən qorumağa xidmət edir.
Azərbaycanın suverenliyi, eyni zamanda beynəlxalq hüquq və müvafiq konvensiyalarla təsbit olunmuş bir hüquq olaraq ölkənin siyasi müstəqilliyini təmin edir. Azərbaycanın Konstitusiyası, həmçinin dövlətin suverenliyini qorumağa yönəlmiş daxili və xarici siyasət strategiyalarını tənzimləyir. Konstitusiyada Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyi, digər dövlətlərlə əlaqələri və ölkənin müstəqil siyasətini həyata keçirməsi də öz əksini tapır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında Azərbaycanın suverenliyinin qorunması məsələsi daim prioritet olaraq qalmışdır. Onun rəhbərliyi altında, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi güclənmiş, ölkə dünya siyasətində öz suverenliyini daha da təbliğ etmişdir. Cənab Prezident İlham Əliyev həmçinin Azərbaycanın hüquqi və siyasi sistemlərinin beynəlxalq hüquqla uyumlu olmasına böyük önəm vermişdir. 12 noyabr 2021-ci ildə Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycan Konstitusiyasının müasir dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirildiyini vurğulamış və ölkənin hüquqi islahatlarının Konstitusiyanın prinsipləri əsasında aparıldığını bildirmişdir: “Konstitusiya, dövlətçiliyimizin möhkəmlənməsi və insan hüquqlarının qorunması sahəsində əsas istiqamətverici sənəd kimi daim aktualdır.”
Konstitusiyanın suverenliklə əlaqəsi, həmçinin dövlətin müstəqil hüquqi sisteminin formalaşması və vətəndaşların hüquqlarının qorunması ilə bağlıdır. Dövlətin siyasi və hüquqi əsaslarını təkmilləşdirmək, ərazi bütövlüyünü qorumaq və ölkə daxilindəki müxtəlif təbəqələr arasında ədalət prinsiplərinə əsaslanmaq bu sənədin əsas məqsədlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini qorumaq, ərazi bütövlüyünü təmin etmək və ölkənin beynəlxalq mövqeyini möhkəmləndirmək sahəsində çox mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirərək, həm regionda, həm də dünya miqyasında öz suverenliyini təsdiqləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas prinsiplərindən biri, ölkənin Konstitusiyasına və onun əsas dəyərlərinə sadiqlikdir. O, Azərbaycanın müstəqilliyini təmin edən və dövlətin hüquqi strukturlarını möhkəmləndirən tədbirləri davamlı olaraq dəstəkləmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Konstitusiyanın və suverenliyin qorunmasını mütəmadi olaraq öz fəaliyyətində və siyasətində ön plana çıxarmışdır. Cənab Prezident İlham Əliyev, Azərbaycan xalqının iradəsini və müstəqilliyini təhdid edən hər hansı bir xarici müdaxiləyə qarşı prinsipial mövqe sərgiləmiş və ölkənin daxili işlərinə qarışmağa çalışan dövlətlərə qarşı sərt reaksiyalar vermişdir. Prezidentin rəhbərliyi ilə, Azərbaycanın hüquqi və siyasi müstəqilliyi qorunmuş, eyni zamanda ölkənin beynəlxalq aləmdəki rolunu artırmaq üçün müvafiq diplomatik və iqtisadi addımlar atılmışdır.
44 günlük Vətən müharibəsindən sonra (10 dekabr 2020) cənab Prezident İlham Əliyev Vətən müharibəsində əldə edilən qələbə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini və bunun tarixi bir hadisə olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, “Azərbaycanın suverenliyi tam təmin edildi, torpaqlarımız işğaldan azad olundu, xalqımızın hüquqları bərpa edildi” sözləri ilə bu qələbənin suverenliyə xidmət etdiyini qeyd etmişdir .
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, regional və beynəlxalq təşkilatlarla əlaqələrini inkişaf etdirmiş, həmçinin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirmişdir. Prezidentin xarici siyasətinin əsas istiqamətlərindən biri, Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, ölkənin maraqlarını müdafiə etmək və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq olmuşdur. Bu siyasət, Azərbaycanın beynəlxalq aləmdə daha çox qəbul edilməsinə və hörmətlə qarşılanmasına səbəb olmuşdur. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını müdafiə etməkdə müvəffəq olmuşdur. O, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini uğurla təbliğ etmişdir. Məsələn, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan, ölkənin müstəqilliyini və suverenliyini qorumaqla bağlı mühüm təşəbbüslərlə çıxış etmişdir.
Azərbaycanın suverenliyinin gücləndirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər arasında bir sıra mühüm sahələrə diqqət yetirilmişdir. Bu sahələr arasında enerji siyasəti, nəqliyyat əlaqələrinin inkişafı, sosial və iqtisadi islahatlar və digər strateji sahələr mühüm yer tutur. Prezident Əliyev, bu sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycanın müstəqil və suveren bir dövlət olaraq iqtisadi, sosial və siyasi inkişafını təmin etmişdir.
Ölkə daxilində də, cənab Prezident İlham Əliyev Azərbaycanın Konstitusiyasının təkmilləşdirilməsi və hüquqi dövlətin qurulması istiqamətində mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Konstitusiyasının əsas prinsiplərini dəstəkləyərək, ölkənin inkişafı və sabitliyi üçün hüquqi əsasların gücləndirilməsini prioritet kimi müəyyən etmişdir. Prezidentin rəhbərliyi altında, Azərbaycanın hüquqi sistemi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etmiş və ölkənin suverenliyinin qorunması təmin edilmişdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” olaraq elan edilməsi, Azərbaycanın Konstitusiyasına və suverenliyinə verilən önəmin daha da artırılması məqsədini güdür. Bu il, Konstitusiyanın qəbulunun 30 illiyi ilə bağlı qeyd ediləcək və ölkənin hüquqi inkişafı və müstəqilliyinin təmin edilməsi sahəsində yeni təşəbbüslər və tədbirlər həyata keçiriləcəkdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Azərbaycan xalqının Konstitusiya dəyərlərinə sadiqliyi bir daha vurğulanacaq, bu prinsiplərin önəmi təbliğ ediləcək və vətəndaşlar arasında bu dəyərlərə hörmət daha da gücləndiriləcəkdir.
2025-ci ildə keçiriləcək tədbirlər, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan Konstitusiyasının əhəmiyyətini və suverenliyini təbliğ etmək məqsədini güdür. Bu il, həmçinin Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün həyata keçirilən tədbirlər nəzərdən keçiriləcəkdir. Dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr və konfranslar təşkil ediləcək, Konstitusiya və suverenliklə bağlı maarifləndirmə işləri aparılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev , “Konstitusiya və Suverenlik İli”nin Azərbaycan üçün mühüm bir il olduğunu və bu ilin dövlətin gələcək inkişafında həlledici rol oynayacağını bəyan edib. Bu il çərçivəsində, ölkənin hüquqi və siyasi sistemlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının qorunması və müstəqil dövlət quruluşunun təmin edilməsi istiqamətində bir sıra addımlar atılacaqdır.
Bu tədbirlər, həmçinin ölkənin gələcək siyasi və iqtisadi inkişafının zəmanətini təşkil edəcək və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirəcəkdir. “Konstitusiya və Suverenlik İli”, Azərbaycanın suverenlik və müstəqillik prinsipinə sadiqliyini bir daha təsdiqləyəcək və bu prinsipləri gələcək nəsillərə təbliğ edəcəkdir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Azərbaycanın Konstitusiyasına və suverenliyinə verilən önəmin artırılması, dövlətin inkişafını təmin edən bu prinsiplərin daha geniş təbliği məqsədini daşıyır. Bu il, həm Konstitusiyanın əhəmiyyətinin vurğulanması, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların təkmilləşdirilməsi baxımından xüsusi bir məna daşıyır. Dövlətin suverenliyinin möhkəmləndirilməsi və müstəqilliyinin qorunması məqsədini daşıyan təşəbbüslər, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini daha da gücləndirəcəkdir.
Nəticə olaraq, Azərbaycanın Konstitusiyası və suverenliyi, dövlətin vətəndaşlarının hüquqlarını qorumaqla yanaşı, ölkənin gələcəkdə də müstəqil və güclü dövlət kimi mövcudluğunu təmin edəcək mühüm amillərdir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, bu prinsipləri gələcək nəsillərə çatdırmaq, vətəndaşların Konstitusiya dəyərlərinə sadiqliyini artırmaq və Azərbaycanın hüquqi müstəqilliyini təbliğ etmək üçün mühüm bir fürsət təqdim edir. Bu tədbirlər, ölkənin gələcək inkişafında, həm daxili, həm də xarici siyasətdəki mövqeyində daha böyük uğurlara yol açacaqdır.
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent