Təbrizdə İlham Əliyev və Ərdoğanın şəkilləri divarlara vuruldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ərdəbilin cümə imamı Həsən Amelinin və onun əlaltılarının Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.

Agsaqqallar.com xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Həmin aksiya canlı yayımda səsləndirilmiş Həsən Ameli və qulbeçələrinin özlərinə və rəhbərləri Xameneyiyə layiq sözlərinə cavab olaraq həyata keçirilib. Milli fəallar bu etiraz aksiyası ilə həmin təhqiramiz ifadələrə öz etirazlarını bildirməyə, Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR