Sahibə Qafarova: Türk dünyasının daha da sıx birləşməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq
Azərbaycan-Türkiyə-Gürcüstan, eləcə də Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatları mövcuddur.
Agsaqqallar.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfəri çərçivəsində Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuşla birgə mətbuata açıqlaması zamanı deyib.
S.Qafarova nümayəndə heyətlərinin bütün müstəvilərdə bir-birlərini dəstəklədiklərini ifadə edib.
“Parlamentlər olaraq biz də türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq”.
Spiker bir müddət öncə TBMM-nin geniş tərkibli nümayəndə heyətinin Bakıda keçirilən Beynəlxalq Parlament Konfransında yüksək səviyyəli iştirakına görə həmkarına təşəkkür edib.