9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bütün dövlətlər gücünü milli birlik və bərabərlikdən alır. Millətin birliyi və bərabərliyi onların bir arada yaşamasını və butünlüyünü göstərir. Birlik və bərabərlik hər şeyi udar. Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. Bayrağımız imperializmə qarşı üsyan simvoludur. Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Daim Zəfər soraqlı , Qələbə soraqlı Azərbaycan bayrağı! Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır!
9 noyabr tarixi – Azərbaycan Respublikasında Dövlət Bayrağı günü kimi qeyd olunur. Vətən və millət sevgisi bu torpaqlarda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Bayraq səmada bir bütünü tamamlayan ilahi eşqin dalğalanmasıdır. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı müvafiq Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, hər il ölkəmizdə noyabrın 9-u Dövlət Bayrağı Günü qeyd edilir. Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.Ali Baş Komandanın rəhbərliyi altındakı rəşadətli, müzəffər Azərbaycan ordusunda xidmət edən hər bir əsgərin arzusu azad olunmuş torpaqlarımıza yenidən Azərbaycan Qələbə bayrağını sancmışdır. Azərbaycan , tarixi keçmişində köklü bir mirası, milli mədəni dəyərlərini, güclü bir potensialı saxlayır. Bayraq ölkələrin müstəqilliyini göstərən simvoldur. Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq İstiqlal Marşımızın və Azərbaycanımızın əbədi simvoludur. Bayraq ölkələrin müstəqilliyini göstərən simvoldur. Vətən və millət sevgisi bu torpaqda heç vaxt sönməyəcək ən böyük işıqlardan biridir. Şərəf, ləyaqət və ədalət rəmzidir. Dövlətimizin üçrəngli bayrağı Azərbaycanın suverenliyinin və müstəqilliyinin rəmzidir. Amma bu simvollar asanlıqla qazanılmamışdır. Xüsusilə ölkəmizin bayrağı qan bahasına əldə olunub! Amma bu simvollar asanlıqla qazanılmamışdır. Xüsusilə ölkəmizin bayrağı qan bahasına əldə olunub! Gözəl yurdum Azərbaycanımın bayrağı! Sən varsan, biz də varıq. Sən yoxsan, biz də yoxuq. Bayraq bir millətin şərəfidir. Xoşbəxtliyimizin müjdəçisi bayraqdır. Bu bayraq dalğalandıqca Azərbaycan həmişə var olacaq. Üçrəngli bayrağımızın tarixi uzun illər sovet imperiyasının əsarətində yaşayan mübariz bir xalqın azadlıq səsini ucaltdığı, suverenliyi və azadlığı uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix kimi də yad edilməkdədir. Bayrağımızla birlikdə yaşamaq sevincimizdir. Bayraq bir millətin azadlığının göstəricisidir. Dövlət Bayrağı Günü münasibətilə millətimizi təbrik edirəm. Millətimizin ortaq əsəri olan dövlətimizə sahib çıxmaq, ölkəmizin və millətimizin gələcəyi üçün çalışmaq və mübarizə etmək, gərəkdiyində fədakarlıq etmək hamımızın müştərək vəzifəsidir. Azərbaycan çox güclü dövlətdir və dünyada xüsusi yer tutur. Allah bizə milli bayrağımızın altında anadan olmağı və ölməyi nəsib etsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları Xilaskar Sərkərdə kimi öz adını tarixə qızıl hərflərlə yazdırdı.
Dövlət Bayrağı günümüz mübarək, bayrağımız hər zaman uca olsun! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Yaşasın Azərbaycanımız!
S.e.f.d. dosent Murtəza Həsənov,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı