Fatma Həşimova: “Qardaşlıq körpüsüylə Turana doğru”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Turkiyə Azərbaycan münasibətləri qardaşlıq körpüsündə daha da dərin köklüdü. Uzun illər Türkiyədə yaşayan bir vətəndaş olaraq mən qardaş ölkənin insanlarının Azərbaycan vətəndaşlarına olan qaynar münasibətini gördükcə daha da fərəhlənirəm.  Yaşadığım müddətdə eyni köklü, eyni soylu olmağımızın bariz nümunəsini açıq-aydın gördüm. Yaşadığım məkanda bütün insanlar Azərbaycanda baş verən bütün hadisələrdə, eləcə də 44 günlük Vətən savaşında bizimlə bir oyaq, küçələrdə keçirdilər gecələrini. Necə ki, 1915-ci ildə Çanaqqalada Azərbaycan türkü qardaşı ilə çiyin-çiyinə necə döyüşübsə, 1918-20-ci illərdə də Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri bizim ogullarla çiyin-çiyinə döyüşüblər. Ruhu, qanı, adəti, milli irsi eyni kökə dayanan türk xalqlarının birliyi bizi Turan sevdasında birləşdirir.

Hər bir türkün borcudur ki, öz milli kimliyini qorusun! Bizim də borcumuzdur ki, Azərbaycan tarixini qoruyub gələcək nəsillərə ötürək. Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdıraq. Bu yöndə qeyri-hökumət təşkilatlarının boynuna böyük yük düşür. Vətəndaş cəmiyyəti olaraq bizlər öz dövlətimizə dəstək olmaq üçün əlimizdən gələni etməli, gənclər arasında maarifləndirmə işləri aparmalıyıq. Sevindirici haldır ki, bu gün Türkiyədə təhsil alan gənclərimiz bu yöndə çox fəaldirlar.

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşlarının dilinin əzbəridir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına verdiyi xüsusi önəm bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bütün dünyanın həsəd apardığı, örnək nümunələrdən biridir. Biz də bu dostluğu ehtiva edən bir təşkilat yaradaraq daha böyük layihələrlə türk birliyinin inkişafına öz töhvəmizi vermək istəyirik. Bir Azərbaycan türkü, türk vətəndaşı olaraq, Vətənə öz borcumuzu layiqincə verməliyik.
Turana gedən yoldayıq!

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR