Dövlət İdarəçilik Akademiyasında “Bələdiyyələrin fəaliyyətində qadınların rolu” mövzusunda dəyirmi masa təşkil edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin birgə təşkilatçılığı ilə ”Bələdiyyələrin fəaliyyətində qadınların rolu” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbiri Dövlət İdarəçilik Akademiyasının Ümumi İşlər Üzrə Prorektoru Seyidli Mirağa açaraq qeyd edib ki, demokratik idarəetmənin xüsusiyyətlərindən olan yerli idarəetmənin Azərbaycanda təşəkkül tapması Ulu Öndər Heydər Əliyevin iradəsi və əməyi nəticəsində mümkün olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı dünyanın qüdrətli ölkələrindən birinə çevirib.

Tədbirdə iştirak edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini Mehdi Abdullayev bildirib ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı genişmiqyaslı hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və sistemli şəkildə davam etdirilərək qlobal dünyada sosial-iqtisadi amillər, elmi-texniki nailiyyətlər və yeni çağırışlar nəzərə alınmaqla həyata keçirilir. O, DİA ilə birlikdə həyata keçiriləcək fəaliyyət istiqamətləri haqqında iştirakçıları məlumatlandırıb.

DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev qeyd etmişdir ki, Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əhatəli mütərəqqi islahatlar nəticəsində ölkə həyatının bütün sahələri dinamik inkişaf edir, idarəetmə mexanizmiləri təkmilləşdirilir. Həyata keçirilən bu islahatların uğurlu nəticələri Bələdiyyələrin fəaliyyətində də öz əksini tapmışdır.

Daha sonra DİA-nın Siyasi İdarəetmə fakültəsinin dekanı s.e.f.d. dosent Murtəza Həsənov çıxış edərək bildirmişdir: “Bu gün Azərbaycan Respublikasının regionları sosial-iqtisadi cəhətdən yüksək templə inkişaf edir. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır. Azərbaycanda bələdiyyələrin yaranması müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də regional siyasət planlı, düşünülmüş və mütəşəkkil qaydada həyata keçirilir. Regionlarımız Dövlət Başçımızın təsdiq etdiyi Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində inkişaf edir, regionlarda yaşayan əhalimizin rifah halı yüksəlir. Bu baxımdan bələdiyyələr də, regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti müstəqil dövlətimizin inkişafına və regionlarının sosial-iqtisadi tərəqqisinə böyük töhfələr vermişdir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş İdarəsinin məsul əməkdaşı Hacıyeva Fəridə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Rəhimova Sədaqət, Xocəsən bələdiyyəsinin sədri Məmmədova Nigar, Bakı şəhəri Nizami Bələdiyyəsinin əməkdaşı Abbasova Yeganə, Bibiheybət bələdiyyəsinin sədr müavini Həsənova Sədaqət, DİA-nın müəllimi Ədalət Mahmudov və digərləri çıxış edərək gələcək əməkdaşlıq və fəaliyyət istiqaməti üzrə fikirlərini bildiriblər.
Daha sonra tələbələrin sualları cavablandırılıb.
Tədbirdə Dövlət İdarəçilik Akademiyası müəllimləri, tələbələri və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR