Binəqədidə “Qalib ölkənin qalib gəncləri” adlı təhsil konfransı keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

03 oktyabr 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2023-2024-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil ilinin yekunlarına və 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qalib ölkənin qalib gəncləri” adlı təhsil konfransı keçirildi.

Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev,   Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-  Kəmaləddin Qafarov, Elşad Musayev, Rasim Musabəyov, Məlahət İbrahimqızı, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri-Hacıbaba Babayev, Sevinc Süleymanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi rayon komitəsinin sədri Zahir Həsənov, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbəvə və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri, Bələdiyyə sədrləri, Şəhid ailələri, qazilər, orta ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, tələbələr, rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Konfrans ümummilli lider Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda  canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayonda 2023-2024-cü tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.

Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını və təhsil işçilərini bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək  qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün xüsusi diqqət və həssaslıqla yanaşmışdır. Müasir dövrümüzdə  Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov müəllimləri və gəncləri təbrik edərək bildirdi ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etməkdədir. Gənc nəslə hər zaman xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib.

Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri və tələbə adı qazanan gəncləri təbrik edərək qeyd etdi ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində  təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir.

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında təhsil işçilərini və gəncləri təbrik edərək qeyd etdi ki,  təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik.  Müəllim hər bir yeniliyi izləyərək, onu tətbiq etməlidir. Çünki o savadı və dünyagörüşü ilə böyük bir nəsli tərbiyə edir. Bütün dünyada gedən prosesləri izləyir və ölkəmiz üçün vacib olan məsələləri şagirdlərə çatdırır. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğı Azərbaycan xalqının gələcəyi olan gənclərin daha savadlı, bilikli,ağıllı,  intellektual formada  böyüməsi üçün

edilən xidmətlərdir.

Təhsil işçiləri adından çıxış edən-115 № li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Abasova qeyd etdi ki, cəmiyyət müəllim əməyinin nəticəsində formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Çalışdığı məktəbin uğurlarından söhbət açan Nigar Abasova bütün müəllimlər adından təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.

Buraxılış imtahanında maksimum 300 bal toplayaraq respublika birincisi, ali təhsil müəssisələrin qəbul imtahanlarında 680.8 bal toplayan 299 № li məktəb-liseyin məzunu, Azərbaycan Tibb Universitetinin I kurs tələbəsi Nərmin Ağazadə gənclər adından çıxış edərək, onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  təşəkkürlərini bildirdi və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına öz töhfələrini verəcəklərini qeyd etdi.

Sonda təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə-“Qızıl medal nişanı ilə təltif olunanlar”, “Respublika fənn olimpiadalarında qazandığı yüksək nəticəyə görə”, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda təşkil edilən “Ən yaxşı təqdimat” müsabiqəsində qazandıqları yüksək nəticəyə görə”, “rəhbəri olduğu sinif ali məktəblərə qəbul imtahanlarında 100% nəticə göstərdiyinə görə”, Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi göstəricilərinə əsasən fərqləndiyinə görə və 5 Oktyabr – “Beynəlxalq Müəllimlər Günü”  münasibətilə  bir sıra gənclər və təhsil işçiləri təltif edildilər.

Konfransın sonunda 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Binəqədi rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara   hədiyyələr təqdim olundu və 2023-2024-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR