Şəhid atası Naxçıvan MR Ali Məclisinə namizəd oldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 Oğlum Leytenant Zamanlı Məmməd 2020-ci ildə başlanan Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Mən 2022-ci ildən Şərur rayon Püsyan kənd tam orta məktəbində Təsərrüfat müdiri işləyirəm.
Harada işləməyimdən asılı olmayaraq öz işimi vicdanla görməyə çalışmışam. Mənim üçün vicdan anlayışı, dövlətçilik və vətənpərvərlik hər şeydən öndə gəlir. İnsan harada çalışmasından asılı olmayaraq işini doğru görməli və xalqa xidmətdə qüsura yol verməməlidir. Bu mənada hesab edirəm ki, xalqa xidmət anlayışı xüsusi məsuliyyət hissi tələb edir.

Millət vəkilliyi də bu qəbildəndir. Bu yolda getmək istəyən hər kəs bunun məsuliyyətini anlamalı və ona olan etimadı doğrultmalıdır. Bu da yalnız vətənə, xalqa  və dövlətə layiqli xidmətlə ölçülür. Mən xalqın içərisindən çıxmış, xalqın nəyə ehtiyacı olduğunu bilən bir şəxs kimi məsuliyyətimi tam anlayıram və sizi tam əmin edirəm ki, əgər mənə etimad göstərsəniz sizə xidməti özümə şərəf biləcək və bütün gücümlə üzərimə qoyulan vəzifəni doğrultmağa çalışacağam.
Hər birinizə təşəkkür edirəm!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR