18 Avqust müstəqil Azərbaycanda tarixi gün – Sərhəd Qoşunları Günüdür
Murtəza Həsənov: Ölsəm şəhidəm, qalsam qaziyəm deyən bir xalqın, “Şəhidlik əsgərin son rütbəsidir” söyləyən vətən oğullarının qarşısına çıxacaq heç bir güc yoxdur
Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarcasına çırpınan millət ruhunun görkəmli bir mükafatı, milli iradənin möhtəşəm bir əsəridir. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimiz, ölkəmizin daxili və xarici düşmənlərə qarşı varlığının və ayaqda qalmasının ən böyük təminatıdır. Bu şərəfli qurum tarixi şanlı qələbələrlə dolu olan, milli varlığımızı qorumaq üçün minlərlə şəhid vermiş bir ordunun varisidir. Ordumuz Azərbaycanın birliyinin, vətənpərvərliyinin polad ifadəsidir. Xalqımızın təhlükəsiz mühitdə birlik və bərabərlik içində yaşamasını, əmin-amanlıq içində həyatını davam etdirməsini təmin edən güc Azərbaycan Silahlı Qüvvələridir. Tarix boyu ayaq basdığı hər qarış torpağında yüksək xarakterini və üstün quruluşunu sübut etmişdir. 18 Avqust – Sərhəd Qoşunları Günüdür! Ümummilli lider Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli Sərəncamına əsasən, 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilmişdir. Buna səbəb isə 18 avqust 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən sərhədlərin mühafizəsi haqqında qanunun qəbul edilməsi idi. Həmin zaman Azərbaycanın Sərhəd Qoşunları fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti 99 post yaradaraq, Azərbaycan sərhədlərinin mühafizəsini təşkil etmişdir. Azərbaycanın müqəddəs sərhədləri etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik etmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmətlər göstərmiş eyni zamanda milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirmişdir. Cəsarətimizi tarixdən, gücümüzü millətimizdən, ilhamımızı əcdadımızdan aldıqdan sonra qarşımızda hiç kimsə, heç bir qüvvət duramayacaqdır. Hamısından mühümü Azərbaycan Silahlı Qüvvələrinində aşılmaz iman vardır, qorxusuz ürək vardır, yüksək bir fəzilət vardır. Dövlətimizin ən köklü qurumlarından , ən təcrübəli quruluşlarından biri olan, millətimizin hüzuru və təhlükəsizliyi üçün gecə- gündüz fədakarcasına şərəfli vəzifələrini icra edən , dövlət nizamının qorunmasında donanımı, təhsili və disipliniylə təsirli rol oynayan ordumuz bizi qürurlandırmaqdadır. Azərbaycan Ordusu ilə hər birimiz qürur duyuruq. Azərbaycanın strateji mövqeyi və təbii sərvətləri ölkəmizi bir çox xarici qüvvələrin hədəfinə çevirib və hələ də hədəfə almaqda davam edir. Azərbaycanın bu təhdidlərə qarşı ən böyük zəmanəti həmişə qəhrəman Azərbaycan Silahlı Qüvvələri olub. Azərbaycan Silahlı Qüvvələri düşmənə qorxu, dostlarına isə böyük inam bəxş edib. Ölkəmizə qarşı məkrli məqsədlər güdənlərin hər zaman fəaliyyətini əngəlləyən Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlığı, vətənpərvərliyi və hərbi dühası ilə və dünən olduğu kimi pusquda gözləyən düşmənlərini də real hücumdan çəkindirməyə və bütün dünyanın rəğbətini qazanmağa davam edir. Azərbaycan Silahlı Qüvvələri həm təşkilatçılıq, həm də döyüş nizamı baxımından özünəməxsus xüsusiyyətlərə malikdir. Milli Ordumuzun tarixdə qazandığı böyük qələbələr bugünkü təhlükəsizliyimizin təminatıdır. Azərbaycan Silahlı Qüvvələri vətənimizdə davam edən mübarizəmizin hər anında, hər cəbhəsində çoxlu dastanlar yazmışdır. Kim gözünü millətimizin birliyinə, həmrəyliyinə və gələcəyinə dikərsə, bilməlidir ki, öz qarşısında Azərbaycan Silahlı Qüvvələrini görəcəkdir. Ölsəm şəhidəm, qalsam qaziyəm deyən bir xalqın, “Şəhidlik əsgərin son rütbəsidir” söyləyən vətən oğullarının qarşısına çıxacaq heç bir güc yoxdur. Azərbaycanın müstəqil dövlət quruculuğunun bütün sahələrində, o cümlədən hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər Ulu Öndər Heydər Əliyevin mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut edir. Ümumilli Liderimizin müstəqil Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin elə ilk günləri göstərdi ki, respublikamızın dövlət müstəqilliyini, ərazi bütövlüyünü etibarlı şəkildə qorumaq, ölkənin bütün potensialını məqsədyönlü şəkildə bu istiqamətə yönəltmək, hərbi təhlükəsizliyinin təmin edilməsinə hesablanmış hərbi siyasət səmərəli şəkildə həyata keçiriləcəkdir. Bunun üçün əsas şərtlərdən biri daxili ictimai-siyasi sabitliyin təmin edilməsi, xalqın bütün təbəqələrinin ümumdövlət mənafelərini əks etdirən ümummilli məqsədlər ətrafında birləşməsinə nail olunmasıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət rəhbəri kimi fəaliyyətinin xarakterik tərəflərindən biri də bu idi ki, daxili hərbi-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirdi və onların əldə edilməsinə də nail oldu. Elə bir xalq ola bilməz ki, ən azı onun böyük əksəriyyəti daxili ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərqərar olmasını istəməsin. Lakin ölkə daxilində bu sabitliyin təmin edilməsi, bununla da quruculuq işlərinin, o cümlədən ordu quruculuğunun həyata keçirilməsinə zəruri şərait yaradılması üçün əsaslandırılmış dövlət siyasəti lazımdır. Ümummilli lider Heydər Əliyevin respublikada daxili hərbi-siyasi sabitliyin təmin edilməsi sahəsindəki fəaliyyəti bu zərurətin əyani təzahürü idi. Bu fəaliyyət göstərdi ki, ölkədə daxili hərbi-siyasi sabitliyin təmin edilməsi üçün dövlət rəhbərliyindən çox böyük əzmkarlıq, ardıcıllıq və təcrübə tələb edir və kifayət qədər mürəkkəb olan tarixi şəraitdə belə vəzifələrin uğurlu həllinə yalnız Ümummilli lider Heydər Əliyev kimi böyük dövlət xadimləri nail ola bilərlər. Böyük Düha Heydər Əliyevin Azərbaycan ordusu haqqında bir çox çıxışları vardır. Xalqımızın böyük Oğlu ordumuz haqqında bu fikirləri söyləmişdir:
•Azərbaycan Silahlı Qüvvələri, ordusu ağır bir proses keçibdir. Ordunun təşkil olunmasına çox maneələr, təsirlər göstərilibdir. Ancaq biz artıq bunların qarşısını almışıq. İndi Azərbaycan ordusu mütəşəkkil, güclü bir qüvvədir. Azərbaycan Ordusunda yaxşı, bilikli, bacarıqlı komandirlər heyəti yetişibdir. İndi Azərbaycan Ordusunun müasir dövrə uyğun uğurlu müdafiəni təmin etmək, yaxud da müharibə aparmaq üçün düzgün strukturu yaranıbdır, hərbi hissələrin düzgün strukturu yaranıbdır. 1993-cü ilin noyabrından və 1995-ci il-dən sonrakı dövr Azərbaycan Ordusunun güclənməsi, möhkəmlənməsi dövrüdür. Bu gün mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, Azərbaycan Ordusu böyük gücə, texnikaya, silaha-sursata malikdir və onun inki- şaf etməsi üçün böyük imkanlar yaranıbdır.
•Azərbaycan Ordusu, Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Ancaq bu böyük gələcəyi təmin etmək üçün bu gün Azərbaycanın güclü Ordusu olmalıdır. Bu ordu sabah ondan güclü, beş il sonra ondan da güclü, on il, on beş il sonra daha da güclü olmalıdır. Azərbaycan prezidenti və Ali Baş Komandan kimi, mən bu siyasəti aparıram və sizdən onu tələb edirəm. Buna nail olmaq üçün öz tərəfimdən əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm.
•Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər. Beləliklə, bizim dövlətimiz də, ordumuz da inkişaf edəcəkdir. Azərbaycan ilbəil inkişaf yolu ilə gedəcəkdir. Bütün bunların içərisində Azərbaycanın Silahlı Qüvvələri xüsusi yer tutur.
•Hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona ən əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir, Vətəni müdafiə etməyə hazır olmalıdır, döyüş qabiliyyəti əldə etməkdir və döyüşə hazır olmaqdır.
•Orduda xidmət etmək Azərbaycanın hər bir vətəndaşının şərəfli borcudur. Müstəqil Azərbaycan Respublikasının Milli ordusunda xidmət etmək hər bir azərbaycanlı üçün böyük iftixardır. Fəxr edə bilərsiniz. Fəxr etməlisiniz ki, xalqımız sizə bu şərəfli vəzifəni etibar edibdir.
•Bizim güclü ordumuz olmalıdır, hər bir vətəndaş orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir. Hər bir valideyn də öz oğlunun, övladının orduda xidmət etmesini şərəf bilməlidir.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasındadır.
Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qazanılan uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri hesab etdi: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir”. Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qeyd etdi ki, bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, öz çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan Sərhəd Mühafizəsi özünün 105-ci ildönümünü güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi qarşılayır. Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur. Çünki vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturunun, dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silah-sursatın, müşahidə, aşkaretmə, radiolokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Oktyabr ayının 7-də Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilmişdir. Bu tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akadеmiyasının rəisi general-mayor Azər İbrahimov şanlı tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini xüsusi olaraq vurğulamışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 iyun tarixli 2217 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası ali və əlavə təhsil proqramlarını, ali təhsilin bütün səviyyələrində kadr hazırlığını həyata keçirən, elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Ordusu hər zaman güclü və qüdrətli olacaq. Bü gün Azərbaycan Silahlı Qüvvələri təcrübə, əməliyyat və qabiliyyət baxımından dünyanın ən güclü ordularından biridir. Günün 24 saatı kəsintisiz ilin 365 günü əməliyyat apara biləcək durumdadır. Azərbaycan Silahlı Qüvvələri köklü tariximizin hər mərhələsində olduğu kimi , bu gün də bağrından çıxdığı əsil bir millətin sevgisinə güvənən və dəstəyinə layiq olmaq üçün var gücüylə çalışmaqdadır. Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan ordusu yenilməz, möhtəşəm, peşəkar və güclüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı Qələbənin əldə olunmasında mühüm rolu olan Sərhəd Qoşunlarının fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir.
Dünya Azərbaycanlılarını 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə təbrik edirəm. Vətənin müstəqilliyi, ərazi bütövlüyü və vətənimizin azadlığı uğrunda şəhid olanları unutmur, şəhid olanlara Allahdan rəhmət diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Yaşasın Azərbaycan! Yaşasın Müstəqil Azərbaycan tarixinə şanlı günlər yazan lider, Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri Cənab İlham Əliyev! Yaşasın şanlı Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Xalqı! Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə!
S.e.f.d. dosent Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı