Vladiqafqazda Azərbaycan diasporunun Olimpiya çempionu Zelim Kotsoyevlə görüşü keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

10 avqustda Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə
Vladiqafqaz şəhərində Konqresin mərkəzi ofisində XXXIII Yay Olimpiya Oyunlarının cüdo üzrə qızıl medalçısı Zelim Kotsoyevlə soydaşlarımızın görüşü keçirilib. Görüşdə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtaza Gülməmmədov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Zelim Kotsoyevin atası, qardaşı və digər yaxınları, həmçinin diaspor üzvləri, gənclər iştirak ediblər. Soydaşlarımız olimpiya çempionunu çox böyük sevinc və alqışlarla qarşılayıblar.
Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtaza Gülməmmədov təşkilatın fəxri prezidenti Şahin Məmmədov və soydaşlarımız adından Zelim Kotsoyevi salamlayaraq qələbə münasibətilə təbrik edib.
Murtaza Gülməmmədov Zelim Kotsoyevə növbəti yarışlarda da uğurlar arzu edib.
Zelim Kotsoyev göstərilən diqqətə görə Vladiqafqazdakı Azərbaycan diasporunun rəhbərliyinə təşəkkür edib: “Mən Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Azərbaycanın dövlət bayrağını yarışlarda qaldırmaq mənim üçün çox böyük fəxrdir. Gələcəkdə Azərbaycan Respublikasının adına çoxlu medallar qazancağam”.
Azərbaycanlılarla osetinlərin dostluğunun çox möhkəm olduğunu deyən Zelim Kotsoyev Azərbaycan diasporu tərəfindən Şimali Osetiyada-Alaniya Respublikasında görülən işləri xüsusi qeyd edib.
Görüşün sonunda Zelim Kotsoyevə Azərbaycan diasporu adından Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR