Binəqədidə məişət tullantılarının daşınması ilə bağlı maarifləndirmə işlərinə start verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Binəqədi rayonunda məişət tullantılarının daşınması istiqamətində yeni mərhələyə keçidlə bağlı geniş maarifləndirmə işlərinə start verildi.

Belə ki, 08 avqust 2024-cü il tarixində Binəqədi qəsəbə sakinləri ilə məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası ilə bağlı maarifləndirmə xarakterli görüş keçirildi.

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva tərəfindən ətraflı məlumat verilərək bildirildi ki, Binəqədi rayonunda 656 konteyner meydançası yaradılıb. Bu meydançalara ilkin mərhələdə 2218 konteyner, o cümlədən 1655 yaşıl və 563 narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılır və əraziyə cavabdeh şəxslər təyin olunur. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Görüşdə, həmçinin Binəqədi rayonunda hər məhəllədə məişət tullantılarının atıldığı meydançalarda yaşıl və narıncı rəngdə yeni, müasir tipli konteynerlərin yerləşdirilməsi ilə bağlı sakinlərə proses ətraflı izah edildi. Bildirildi ki,  qarışıq tullantılar üçün nəzərdə tutulan yaşıl konteynerlərin məhəllələrdəki meydançalarda yerləşdirilməsi artıq təmin edilmişdir. Kağız, karton, şüşə, metal və plastic tullantıların çeşidlənərək atılması üçün nəzərdə tutulan narıncı rəngdə olan konteynerlər isə layihənin başladığı gün yerləşdiriləcəkdir.

Sakinlər rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılacaqdır (Bu sakinlərin prosesə alışması üçün edilir və müvəqqəti xarakter daşıyır.)

Kağız, karton, şüşə, metal və plastic tullantıları narıncı paketə toplayaraq narıncı konteynerə digər tullantıları isə yaşıl paketə toplayaraq yaşıl konteynerə atılması sakinlərdən xahiş olundu. Həmçinin bildirildi ki, bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, tullantıların vaxtında daşınmasına, iqtisadi səmərə əldə olunmasına və təbii ki, rayonumuzun əsas problemlərdən birindən azad olunmasına xidmət edir.

Qeyd edək ki, məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq 5 ildir ki, dövlətimizin Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə icrasına başladığı bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsidir.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR