Binəqədi Gənclər Evində “Könüllü sosial xidmətçilik” adlı maarifləndirici tədbir keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dayaq” Sosial Maarifləndirmə İB-inin həyata keçirdiyi “Könüllü sosial xidmətçilik” layihəsi çərçivəsində növbəti tədbirini Binəqədi Gənclər Evində keçirib. İyul ayının 24-də baş tutan tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-in sədri Hicran Əliməmmədova, layihənin eksperti Aysel Əliməmmədova, Presedent vəkil bürosunun vəkili və rəhbəri, Mediyasiya təşkilatının mediyatoru Zülfiyyə Həşimova, YAP-ın sədr qiymətləndirmə monitorinq bölməsinin rəhbəri Gülər Quluzadə, Sosial işçi Rəvanə Məmmədova, kollecin tələbələri iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək bildirib ki, layihənin məqsədi qayğıya ehtiyacı olan insanlara könüllü fəaliyyətin göstərilməsi, əsasən də, gənclər arasında maarifləndirmə və daha da, maraq oyatmaq. Qeyd edilib ki, maarifləndirici layihənin keçirilməsində, gənclər sosial sahədə qayğıya ehtiyacı olan insanlara sosial xidmət göstərmək, ictimai işlərində könüllülərə ciddi ehtiyac duyulur. Tədbir gedişatında kollecin tələbə kollektivi könüllü sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarında söhbət açıb. Vəkil kollecin tələbə kollektivini suallarını ətraflı şəkildə cavablandıraraq, cari problemlərinin həlli istiqamətində onlara hüquqi dəstək göstərib, eyni zamanda gənclər arasında maarifləndirmə kimsəsiz və yaşlı insanlara xüsusi qayğı göstərmək, sosial sahədə gənclərə ciddi ehtiyac duyulur.
Tədbirin əvvəlində tələbələrə dəftərxana ləvazimatları paylanılıb.

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR