22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

Yazı fontunu küçültür Yazı fontunu büyütür

XXI əsrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir və dünyada önəmli dəyişikliklərə səbəb olmuşdur. Millətimizin, dövlətimizin, xalqımızın təhlükəsizliyinə, hüzuruna qəsd etmək istəyən bəzi mərkəzlərin terror faaliyətlərinə , xəyanət şəbəkələrinə, kökü xaricdə olan cərəyanlara qarşı mətbuatımız önəmli rola sahibdir. Əməkləri və alın tərləriylə ölkəmizin rifah səviyyəsinin yüksəlməsində, qarşıya qoyulan strateji hədəflərə çatmasında və dövlətimizin parlaq bir gələcəyə yürüşundə mətbuat çalışanları əhəmiyyətli rola sahibdirlər.Mətbuat demokratik mədəniyyətimizin ən önəmli parçalarından birisidir. Demokratiyanın təməl daşlarından olan mətbuatın xalqın zamanında məlumatlandırılması nöqteyi-nəzərindən əhəmiyyətli vəzifələri vardır. Mətbuat demokratik mədəniyyətin ayrılmaz bir parçasıdır. Demokratiyanın və kommunikasiyanın təməl daşlarından olan mətbuat , xəbər alma azadlığının ən təsirli vasitəsidir. Mətbuat, qurumlarla insanlar arasında məlumat axışını düzənləyir və bu çox əhəmiyyətli vəzifələr yerinə gətirir. Mətbuat və jurnalistlik çox böyük fədakarlıqlar istəyir və hər zaman her yerdə doğru xəbər verərək zaman məfhumu olmadan icra edilən bir peşədir.Milli mətbuat eyni zamanda millətin səsidir. Ölkəmizin bugün inkişaf edən iqtisadiyyatına və güclənən demokratiyasına Milli Mətbuatın rolu çox böyükdür. Mətbuat fədakarlıq istəyən məsləklərin başında gəlməkdədir. Mətbuat orqanlarında çalışanların məsləklərini icra edərkən dövlətin maraqlarını, xalqın çıxarlarını müdafiə edən məlumatlandıran öyrədici, gərçəkçi , millətin mənəvi dəyərlərini, həssasiyətini hər şeydən üstün tutmalıdırlar. Media demokratiyanın əsas halqalarından biridir və jurnalistlər düzgün məlumatı qərəzsiz şərhlə birbaşa vətəndaşlara çatdırmağa cavabdeh olan peşəkarlardır. Mətbuatın xalqı bilgiləndirmənin yanında başqa vəzifəsinin də birlik və bərabərliyini gorunması kimi vəzifələri vardır. Ölkəmizin tanıtımında da çok böyuk rolu vardır. Özəlliklə son zamanlarda internet qəzetəçiliyində əhəmiyyətli dəyişikliklər olmuşdur. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan vermişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərmanda kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalamışdır.Bu Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Mətbuatımız inkişf etmişdir və irəliləmişdır. Mətbuat çalışanlarımız vəzifələrini icra edərkən texnolojik imkanlarla məsləklərini modern üsullarala həyata keçirməktədir. Mətbuatın inkişafında ən böyük pay, vəzifələrini fədəkarca icra edən mətbuat işçiləridir. Bundan sonra da mətbuat işçiləri tarixi vəzifələrinin haqqlarını verəcəklər və səmimiyyətlə, dürüstlüklə, həyəcanla çalışacaqlar, Azərbaycan güclü bir dövlətdir. Hər bir çətinliyin üstəsindən gələcəkdir. Milli birliyimizi və həmrəyliyimizi yaşadığımız müddətcə heç bir maneə dayandıra bilməz. İman varsa, həmişə imkan mümkün olacaq. Yolumuzdan dönməyəcəyik, yürüyüşümüzdən imtina etməyəcəyik, varlığımızı və birliyimizi qoruyan sarsılmaz bir iradəmiz var. Vətən , Millət, Bayraq Müqəddasat üçün canını fəda edərək şəhidlik mərtəbəsinə çatan şəhidlərimizi bu anlamlı gündə rəhmətlə yad edirik. Allah’tan rəhmət diləyirəm, qazilərimizə sağlıqlı bir yaşam diləyirəm.Milli Mətbuat günü münasibətiylə bütün mətbuat nümayəndələrini təbrik edirəm.İşlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək, əziz dostlar!

S.e.f.d. dosent Murtəza Həsənov Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR